
Çempionlar Liqasında qalmaqal: UEFA "Barselona"nın şikayətini rədd etdi
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan "Barselona" - "Atletiko Madrid" matçında hakimdən narazı qalan Kataloniya təmsilçisinin şikayətini təmin etməyib.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan "Barselona" - "Atletiko Madrid" matçında hakimdən narazı qalan Kataloniya təmsilçisinin şikayətini təmin etməyib.
Gundem.today xəbər verir ki, Kataloniya klubu aprelin 8-də keçirilən qarşılaşmadan dərhal sonra hakimin qərarlarına rəsmi şəkildə etirazını bildirib.
Kataloniyalıların rəhbərliyi xüsusilə matçın ikinci hissəsində "Atletiko Madrid"in müdafiəçisi Mark Pubilin cərimə meydançasında topa əllə müdaxiləsi zamanı penalti təyin olunmamasına kəskin etiraz etmişdi. Klub rəsmiləri bu qərarın qaydalara zidd olduğunu, oyunun axarına və yekun hesaba birbaşa təsir göstərdiyini vurğulamışdılar.
Lakin ali futbol qurumu ötən gün verdiyi qərarla bu etirazı əsassız və qəbuledilməz sayıb.
Qeyd edək ki, tərəflər arasında həlledici cavab qarşılaşması bu gün Madriddə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanFutbolda hissələrin 25 dəqiqəyə endirilməsi təklif edilir
"Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis gəncləri futbola cəlb etmək üçün oyun qaydalarında radikal dəyişikliklər təklif edib.
İdmanAvstraliyalı sprinter Useyn Boltun dünya rekordunu yenilədi
Avstraliyalı sprinter Qout Qout 20 yaşadək idmançılar arasında 200 metr məsafəyə qaçışda daha əvvəl yamaykalı səkkizqat Olimpiya çempionu Useyn Bolta məxsus dünya rekordunu yeniləyib.
İdmanYaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
Nüfuzlu "The Athletic" nəşri karyerasını davam etdirən dünyanın ən yaxşı 15 qolkiperinin adını açıqlayıb.
İdman"Qaziantep"də Burak Yılmaz dövrü başa çatdı - FOTO
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Burak Yılmaz ilə yollarını ayırdığını rəsmən elan edib.