
Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq bölgəsinə çevrilməsi yolu - VİDEO
8 avqust təqvimdə sadəcə bir gün deyil. Bu, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan əlamətdar gündür. Çünki məhz avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə rəsmi səfəri çərçivəsində keçirilən tarixi Vaşinqton sammitinin bir ili tamam olur.
8 avqust təqvimdə sadəcə bir gün deyil. Bu, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan əlamətdar gündür. Çünki məhz avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə rəsmi səfəri çərçivəsində keçirilən tarixi Vaşinqton sammitinin bir ili tamam olur.
Baku TV-nin məlumatına görə, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat-kommunikasiya, rəqəmsal inkişaf və Cənubi Qafqazda sülh gündəliyi üzrə geniş müzakirələr aparılıb. Bir sıra istiqamətlərdə razılaşmalar əldə olunub.
Son bir il ərzində həyata keçirilən tədbirlər həmin razılaşmaların icrası istiqamətində ardıcıl addımların atıldığını göstərir. Vaşinqton sammitindən sonra ABŞ administrasiyasının Cənubi Qafqaza yanaşmasında yeni prioritetlərin formalaşdığı müşahidə olunur. Rəsmi Vaşinqton regionla bağlı siyasətində qarşılıqlı maraqlara, iqtisadi əməkdaşlığa və təhlükəsizlik məsələlərinə daha çox önəm verməyə başlayıb. Bu kontekstdə Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, enerji təhlükəsizliyi sahəsində əsas tərəfdaşlardan biri, Orta Dəhlizin mərkəzi ölkəsi, regional sabitliyin təminində etibarlı tərəfdaş və qlobal nəqliyyat layihələrinin mühüm iştirakçısı kimi qiymətləndirilir.
ABŞ administrasiyası Azərbaycanla əməkdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Avrasiya məkanında iqtisadi inteqrasiya və sabitliyin tərkib hissəsi kimi nəzərdən keçirir.
Vaşinqton sammiti dövlət başçıları arasında siyasi dialoqun intensivləşməsinə də təkan verib. Ötən bir il ərzində prezidentlər arasında müxtəlif formatlarda təmaslar davam etdirilib. Yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilib. Sammitin əsas nəticələrindən biri Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında strateji tərəfdaşlıq haqqında xartiyanın hazırlanması barədə razılığın əldə olunması olub. Bu razılaşma ikitərəfli münasibətlərin institusional əsaslarının formalaşdırılması və əməkdaşlığın uzunmüddətli çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində atılan mühüm addım hesab olunur. Bununla yanaşı, ABŞ administrasiyasının Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı münasibətlərdə uzun illər mövcud olan əsas siyasi maneələrdən birinin aradan qaldırılması kimi qiymətləndirilir.
Qərarın təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaratdığı qeyd olunur. Vaşinqton sammiti çərçivəsində, həmçinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) təşəbbüsü təqdim olunub. Layihə regionda davamlı sülhün iqtisadi əsaslarının möhkəmləndirilməsi, Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafı, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması, investisiyaların təşviqi və regional ticarətin genişləndirilməsini hədəfləyir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyik
Bakı Təşəbbüs Qrupu (BTQ) Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Siyasətİlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib.
SiyasətTarixin zibilliyinə göndərilən format: Vaşinqton sammitində ATƏT-in Minsk qrupu "dəfn olundu"
Vaşinqton sammitinin nəticələri və ATƏT-in Minsk qrupunun ləğvi Cənubi Qafqazda sülh prosesini yeni mərhələyə daşıyır. Siyasi ekspertin təhlili və detallar.
SiyasətABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz
Deputat Zahid Oruc Vaşinqton zirvəsinin Azərbaycan diplomatiyası üçün tarixi əhəmiyyətini və hərbi qələbəmizin ABŞ tərəfindən rəsmən tanınmasını şərh edir.