
Çernobılın 40 illik "mirası": Avstriyada hələ də yüksək radiasiya aşkarlanır
Avstriyanın Yuxarı Avstriya federal əyalətində Çernobıl fəlakətinin izlərinə bu gün də rast gəlinir.
Avstriyanın Yuxarı Avstriya federal əyalətində Çernobıl fəlakətinin izlərinə bu gün də rast gəlinir.
Gundem.today "Krone Zeitung" nəşrinə istinadən xəbər verir ki, 1986-cı ilin aprelində Çernobıl atom elektrik stansiyasındakı qəzadan sonra yağan radioaktiv yağıntılardan ən çox məhz bu bölgə təsirlənib.
O dövrdə Mülfirtel, Mərkəzi Avstriya və Zalskammerqut rayonlarında müşahidə olunan güclü yağışlar nəticəsində həmin ərazilərin torpağında sezium izotoplarının konsentrasiyası bu gün də yüksək olaraq qalır.
2021-ci ilin aprelindən 2026-cı ilin aprelinədək 601 məhsul nümunəsi üzərində tədqiqatlar aparılıb. Nəticədə bəzi meyvə, tərəvəz və xüsusən də göbələk nümunələrində sezium-137 maddəsi aşkarlanıb.
Qəzet qeyd edir ki, iki çiy süd nümunəsində bu maddənin konsentrasiyası hətta Avropa İttifaqının müəyyən etdiyi icazə verilən normanı da üstələyib. Bu izotopa taxıl və paxlalı bitkilərdə də rast gəlinib, lakin orada miqdarı nisbətən az olub. Vəhşi heyvan ətində isə seziumun səviyyəsi bir kiloqrama 238 bekkerelə çatıb. Müqayisə üçün qeyd edək ki, çiy süddə bu göstərici cəmi 0.5 bekkerel təşkil edib.
Ekspertlər bildirirlər ki, bir kiloqrama 600 bekkereldən az radiasiya ehtiva edən yabanı göbələk və ya vəhşi heyvan ətinin təsadüfən istehlakı insan sağlamlığı üçün ciddi təhlükə yaratmır. Mütəxəssislərin izahına görə, 10 kilometr hündürlükdə bir saatlıq təyyarə uçuşu zamanı alınan radiasiya dozası, tərkibində 1 000 bekkerel çirklənmə olan 200 qram yabanı göbələk və ya ətin yeyilməsindən alınan radiasiyadan daha yüksəkdir.
Qeyd edək ki, ötən il Almaniyada ovçular ətində yüksək səviyyədə sezium-137 olan 3 000 çöl donuzu vurublar və həmin heyvanlar xüsusi qaydada məhv edilib. Çernobıl fəlakətindən ötən 40 il ərzində sezium torpaqda qalmaqda davam edir. Eyni zamanda, Almaniyanın Bavariya, Saksoniya, Baden-Vürtemberq və Reynland-Pfalts ərazilərində də yüksək radiasiya fonu müşahidə olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Rosatom" dünyada AES reaktorunda radiotoksik tullantıları yandıran ilk şirkət oldu
Rusiyanın "Rosatom" şirkəti dünyada ilk dəfə olaraq atom elektrik stansiyasının (AES) reaktorunda işlənmiş nüvə yanacağında olan çox təhlükəli radioaktiv maddələrin "yandırılması" prosesini uğurla həyata keçirib.
Dünya"Ford"un daha bir modelində problem aşkarlandı: Şirkət 140 minə yaxın pikapı geri çağırır
"Ford" şirkəti naqillərlə bağlı mümkün problemlərə görə ABŞ-də təxminən 140 min "Ford Ranger" pikapını geri çağırır.
DünyaAvropada gənclər orta hesabla 26 yaşında valideynlərdən ayrılırlar - STATİSTİKA
Avropa İttifaqında (Aİ) gənclər 2025-ci ildə orta hesabla 26.3 yaşında valideyn evindən ayrılıblar.
DünyaLukaşenko motosiklet həvəsindən danışdı - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko motosikletçi olduğunu və "Harley-Davidson" sürdüyünü bildirib.