Çimərliklərə üz tutan VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
"Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava şəraiti müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tuturlar. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur".

Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladıb.
"Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir", - məlumatda vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabah 40 dərəcə isti olacaq
Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətAzərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür - VİDEO
Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.
CəmiyyətBəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Avqustun 9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, eyni zamanda Mərkəzi Aran və Naxçıvan MR-da 35-40, bəzi yerlərdə 41 dərəcəyə yaxın olacağı gözlənilir.
CəmiyyətHormonal pozuntuların əsas əlamətləri hansılardır? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında endokrin sistem barədə müzakirə aparılıb.