
Çində nəhəng layihə: Dünyanın ən böyük gəmi şlüzü tikilir
Çində Yantszı çayı üzərində yeni su nəqliyyatı layihəsinin icrasına start verilib. Layihə çərçivəsində dünyanın ən böyük gəmi şlüzünün inşası nəzərdə tutulur.
Çində Yantszı çayı üzərində yeni su nəqliyyatı layihəsinin icrasına start verilib. Layihə çərçivəsində dünyanın ən böyük gəmi şlüzünün inşası nəzərdə tutulur.
Gundem.today "Sinxua" agentliyinə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi Yantszı çayında yükdaşımaların həcminin artması ilə bağlıdır. Dünyanın uzunluğuna görə üçüncü, Çinin isə ən böyük çayı olan Yantszıda gəmiçilik imkanlarının genişləndirilməsi planlaşdırılır.
Çin Dövlət Şurasının sədr müavini Din Syuesyan Hubey əyalətinin İçan şəhərində keçirilən mərasimdə "San Sya" ("Üç Dərə") adlı yeni su yolunun tikintisinə rəsmi start verib. Dəyəri 77.2 milyard yuan (təxminən 11.3 milyard dollar) olan layihə çərçivəsində mövcud "Üç Dərə" bəndinin şimal hissəsində beşsəviyyəli və iki xəttli gəmi şlüzü tikiləcək. Bundan əlavə, çayın aşağı axarında yerləşən kiçik bənddəki gəmiçilik qurğuları da modernləşdiriləcək.
Layihə başa çatdıqdan sonra "Üç Dərə" sisteminin illik yükötürmə qabiliyyəti demək olar ki, iki dəfə artaraq 336 milyon tona çatacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaErmənistanda seçki ilə bağlı 100-dən çox cinayət işi qaldırılıb
Ermənistanın Antikorrupsiya Komitəsi 7 fevral 2026-cı il tarixindən etibarən seçki ilə bağlı korrupsiya cinayətlərinə dair 115 cinayət işi qaldırıb. Onlardan 77-si "Güclü Ermənistan" blokuna aiddir.
DünyaBelçikanın paytaxtında xaos: Polis etirazçılara gözyaşardıcı qaz tətbiq edib - VİDEO
Brüsseldə miqrantların başçılıq etdiyi və artıq üç gündür davam edən iğtişaşların təfərrüatları. Paytaxt küçələrində yaranan xaos, mağazaların talan edilməsi və polislə toqquşmalar barədə ən son məlumatlar.
DünyaDünya çempionatının açılışına ev sahibliyi edəcək Mexikoda Osmanlı izi
2026 FIFA Dünya Kubokunun açılış matçının keçiriləcəyi Meksika paytaxtı Mexiko ölkənin yeganə Osmanlı nümunəsinə də ev sahibliyi edir.
DünyaBolqarıstandan Ukraynaya silah tədarükü ilə bağlı qərar
Bolqarıstanın yeni hökuməti Ukraynaya silah tədarükünü dayandırmaq niyyətindədir.