
Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı
İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.
İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.
Gundem.today-ın əldə etdiyi məlumata görə, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 53 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işlərini itiriblər. İcra başçısı Rəşad Tağıyevin sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Vəzifələri ləğv edilənlərdən 7 nəfər müvafiq icra hakimiyyətinin əlaqədar qurumlarında işlə təmin olunsa da, 46 nəfər ehtiyat kadr siyahısında qalıb.
Məlumata görə, vəzifələrini itirənlərdən 48 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı, Bərdə Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Ağdam Rayon İcra Hakimiyyətindən isə 54 nəfər vəzifələrindən azad ediliblər.
Aqil Vəlili
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBəstəkar, Xalq artisti Rafiq Babayevin doğum günüdür
Martın 31-i Azərbaycan bəstəkarı, Xalq artisti Rafiq Babayevin doğum günüdür.
CəmiyyətKürdəxanıda sakinlər çətin durumda: Yaşayış evlərini SU BASIB - VİDEO
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin sakinləri ciddi problemlə üz-üzə qalıblar. Belə ki, qəsəbənin İlqar Zülfüqarov küçəsində yerləşən fərdi yaşayış evlərini su basıb. Sakinlərin əşyaları və şəxsi əmlakları yararsız hala düşüb.
CəmiyyətOrdubadda qaya uçqunu baş verib - FOTO
Ordubadda qaya uçqunu baş verib.
CəmiyyətXocavənd şəhərinə daha 64 ailə yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.