Son dəqiqə
Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? - VİDEOSamvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldıİran ABŞ-ni hədələdi: "Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik"Odlar ölkəsinin fəxri: Rafael Ağayev - VİDEOABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədirIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "DH Volley" komandası voleybol meydançası inşa edib
"DH Volley" komandası voleybol meydançası inşa edib
Digər

"DH Volley" komandası voleybol meydançası inşa edib

Bu gün
21:16
0 baxış
Paylaş:

"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib.

"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib.

Layihə çərçivəsində məktəbin həyətində müasir standartlara uyğun açıq voleybol meydançası inşa olunub. Meydança yumşaq örtük, tor, dirəklər və zəruri idman avadanlıqları ilə tam təchiz edilib. Şagirdlərin oyunları rahat şəkildə izləyə bilmələri üçün tribunalar qurulub və oturacaqlar yerləşdirilib. Eyni zamanda, şagirdlərin voleybola aktiv cəlb olunmasını təşviq etmək məqsədilə onlara voleybol topları və iki hissəli forma dəstləri təqdim edilib.

Bununla yanaşı, şagirdlərin idman atmosferini daha yaxından hiss etmələri üçün onların oyun məkanlarına xüsusi nəqliyyat vasitələri ilə daşınması təşkil olunur. Bu təşəbbüs şagirdlərə peşəkar yarış mühitini hiss etməyə imkan yaradır, onların idmana marağını artırır, komanda ruhunu və motivasiyanı gücləndirir. Tədbirlərdən sonra şagirdlərin təhlükəsiz şəkildə məktəbə geri qaytarılması da təmin edilir.

Layihə yalnız şagirdlərin fiziki inkişafını deyil, həm də sosial bacarıqlarının formalaşmasını hədəfləyir. Bu təşəbbüs onların ünsiyyət qurmalarına, özünəinamlarının artmasına və sağlam həyat tərzi sürmələrinə töhfə verir.

"DH Volley" komandasının rəhbərliyi bildirir ki, bu kimi layihələr yalnız bu günü deyil, gələcəyi də formalaşdırır. İdmanla məşğul olan gənclərin cəmiyyətin inkişafında mühüm rol oynayacağı vurğulanır.

Layihənin gələcəkdə daha çox şagirdi əhatə etməsi və müxtəlif təhsil müəssisələrində də həyata keçirilməsi planlaşdırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Voleybol

Oxşar Xəbərlər

Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilirDigər

Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edir.

Bu gün
15:120
AMEA-nın Dilçilik İnstitutunda professor Cəfər Cəfərovun yubileyi qeyd olunubDigər

AMEA-nın Dilçilik İnstitutunda professor Cəfər Cəfərovun yubileyi qeyd olunub

AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü Cəfər Əsəd oğlu Cəfərovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi tədbir keçirilib.

Bu gün
12:040
"Baku Electronics"də sərfəli endirim havaları davam edirDigər

"Baku Electronics"də sərfəli endirim havaları davam edir

Nağd alışda böyük endirim, endirimli qiyməti 24 aya bölmə imkanı müştəriləri gözləyir!

Bu gün
11:000
Global Cert: "Sertifikat sadəcə sənəd deyil, biznesin məsuliyyətidir"Digər

Global Cert: "Sertifikat sadəcə sənəd deyil, biznesin məsuliyyətidir"

Sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən "Global Cert" şirkəti bizneslərin dayanıqlı inkişafı və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulmasına dəstək göstərən aparıcı qurumlardan biridir. Müsahibimiz sertifikatlaşdırma sahəsində etibarlı təsisat kimi tanınan "Azera Holdinq"in "Global Cert" şirkətinin rəhbəri Gülşən Hüseynovanın sözlərinə görə, müasir biznes mühitində şirkətin real gücü artıq yalnız dövriyyə və satış göstəriciləri ilə ölçülmür.

Dünən
16:380