
Dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası təsdiqlənib
Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib.
Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib.
Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, anonimliyin təmin edilməsi məqsədilə siyahıya salınan hər bir namizədə rəqəmlərlə ifadə olunan şəxsi eyniləşdirmə kodu verilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur.
İmtahana azı iki gün qalmış hər bir namizədə onun fotoşəkli olan buraxılış vərəqəsi verilir. İmtahanın keçiriləcəyi barədə elanda buraxılış vərəqəsinin veriləcəyi tarixə dair məlumat göstərilməlidir.
Buraxılış vərəqəsində namizədin şəxsi eyniləşdirmə kodu, imtahanın keçirildiyi ünvan, tarix, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi qeyd olunur.
İmtahandan müvəffəqiyyətlə keçən və söhbətdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri on beş iş günü ərzində Nazirliyin insan resursları qurumuna təqdim etməlidirlər.
İmtahan üç saat müddətində fasilə verilmədən keçirilir.
İmtahanda icra məmurunun fəaliyyətində tətbiq olunan normativ hüquqi aktlara dair hər bir sualın düzgün cavabı bir balla (cəmi 60 mümkün bal), namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən hər bir sualın düzgün cavabı 0.5 balla (cəmi 20 mümkün bal) qiymətləndirilir.
Səhv cavablar və ya sualın cavabsız qoyulması "0" bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
İmtahanda 55 və daha çox bal toplamış namizədlər söhbət mərhələsinə buraxılırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILDI
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
SiyasətPrezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.
SiyasətÇoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK
Beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinətin təyin edilməsinə görə arayışın verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.
SiyasətTDT-yə üzv dövlətlərin parlamentlərarası dostluq qrupları ilk dəfə bir araya gələcəklər - FOTO
"Təklif edirik ki, növbəti iclaslarımızda konkret mövzu ortaya qoyaq və toplantılara müxtəlif sahələr üzrə mütəxəssisləri çağıraraq müzakirələr aparaq".