
Dövlət məktəblərində xarici dildə təhsil almaq üçün qəbul qaydası dəyişdi
Növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib.
Növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib.
Gundem.today "Trend"ə istinadla xəbər verir ki, I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələr 2 (iki) dəfə olmaqla cari ilin avqust və növbəti ilin yanvarında keçiriləcək.
Müsahibələrin keçirilməsi ilə bağlı nazirlik və ya yerli bölmələrin rəsmi internet saytında və mediada müsahibələrin başlamasına azı 1 (bir) ay qalmış elan veriləcək. Müsahibə ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqə müddətində keçiriləcək.
Müsahibədə şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz ehtiyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma bacarığı, yazı bacarığı yoxlanılacaq.
Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində ərizəçinin elektron kabinetinə göndərilir. Ərizəçiyə kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə verilir. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda - bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün müsahibələr cari ilin avqust ayında təşkil olunacaq.
Qeyd edək ki, müsahibələr müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞuşada İƏT ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildi
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində "Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbiri çərçivəsində Qastronomiya Günü təşkil olunub.
CəmiyyətZərifə Əliyeva fenomeni: Elmdən səhiyyə siyasətinə uzanan yol
"Azərbaycan tibb elminin inkişaf tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biri də Zərifə Əliyevadır. Onun fəaliyyəti yalnız oftalmologiya sahəsində elmi yeniliklərlə məhdudlaşmayıb, eyni zamanda, ölkədə müasir səhiyyə düşüncəsinin formalaşmasına mühüm töhfələr verib. Akademikin irsi bu gün də həm elmi müstəvidə, həm də praktik səhiyyə sistemində yaşayır və inkişaf etdirilir".
CəmiyyətAli Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ
Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
CəmiyyətBakı Metropolitenində yeni təyinat - FOTO
"Bakı Metropoliteni" QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinə yeni rəis təyin edilib. Vüsal Aslanovun sərəncamı ilə Toğrul Əliyev bu vəzifəyə gətirilib. Yeni təyinatla bağlı detallar xəbərdə.