
Dünya birjalarında ABŞ dolları ucuzlaşır
İranla sülh müqaviləsinin imzalanması ehtimallarının artması səbəbindən ABŞ dollarının məzənnəsi mart ayının əvvəlindən bu yana ən minimum həddə qədər ucuzlaşıb.
İranla sülh müqaviləsinin imzalanması ehtimallarının artması səbəbindən ABŞ dollarının məzənnəsi mart ayının əvvəlindən bu yana ən minimum həddə qədər ucuzlaşıb.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, sərmayədarların müsbət əhvali-ruhiyyəsi fonunda Amerika valyutası digər aparıcı valyutalarla müqayisədə öz dəyərini itirməkdədir. ABŞ Prezidenti Donald Trampın münaqişənin başa çatması ilə bağlı verdiyi açıqlamalardan sonra treyderlər qoruyucu aktivlərdən imtina etməyə başlayıblar.
ANZ şirkətinin Asiya üzrə tədqiqatlar şöbəsinin rəhbəri Xun Qo qeyd edib ki, hazırda bazarlar proseslərin sülh yolu ilə həll olunacağı ssenarisinə əsaslanır. Mütəxəssisin sözlərinə görə, ABŞ valyutası indeksinin 98 olan kritik həddən düşməsi onun gələcək mövqeləri üçün ciddi fəsadlar yaradacaq.
"Dolların üzərində təzyiqlərin gələcəkdə də davam etməsi ehtimalı var", - deyə ekspert əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNəhəng canlının cəsədi Venesiyadakı kanalın önünü kəsdi
İtaliyanın Venesiya şəhərində çəkisi bir tondan artıq olan ay-balığın cəsədi Sakka-Sessola adası yaxınlığındakı kanalda hərəkəti iflic edib.
Dünya"Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?
"Zara" və "Bershka" kimi tanınmış brendlərin sahibi olan İspaniyanın "Inditex" geyim korporasiyası serverlərinə qanunsuz müdaxilə edildiyini açıqlayıb.
DünyaOrtaq gigiyena vasitələri hansı fəsadlara yol açır?
Eyni hamam süngərinin (lifin) hətta ailə üzvləri arasında ortaq istifadəsi dəri xəstəliklərinə və infeksiyaların yayılmasına səbəb ola bilər.
DünyaTəbiəti necə qoruyuruq? - Real fayda, yoxsa sadəcə görüntü?
Ekoloji meyillərin geniş yayılmasına baxmayaraq, gündəlik həyata tətbiq edilən vərdişlərin heç də hamısı gözlənilən real səmərəni təmin etmir.