Dünyada yeni münaqişə alovlanır? - Argentinanın Britaniyaya qarşı ritorikasının arxasında nə dayanır? - FOTO
Argentina ilə Böyük Britaniya arasında Folklend adaları uğrunda mübarizə yenidən gündəmə gəlib. Bu dəfə Argentina Prezidenti Xavyer Miley Böyük Britaniya ilə növbəti gərginliyə yol açan bəyanat səsləndirib. O, Folklend və ya Argentina üslubunda adlandırıldığı kimi, Malvin adalarının ölkəsinə məxsus olduğunu bəyan edib. Argentina lideri ümid edir ki, ABŞ bu mübarizədə onu dəstəkləyəcək. İddialara görə, Donald Tramp Böyük Britaniyanı İrana qarşı müharibədə kifayət qədər yardım göstərməməsinə görə "cəzalandırmaq" yolları axtarır və ölkəsinin mövqeyini yenidən nəzərdən keçirə biləcəyinə, Folklend üzərində Britaniya suverenliyinin tanınmasından imtina edə biləcəyinə eyham vurub.