Son dəqiqə
Tramp: "Lənətə gəlmiş Hörmüz boğazını açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız"Ağdaşda itkin düşən qadının anası: "Tapşırdılar ki, itməyini heç kim bilməsin" - VİDEOQusarda sel aparan şəxsin meyiti tapılıbBakıda müxtəlif ərazilərdə yığılan yağış suları kənarlaşdırılır - VİDEOİranda 37 gündür internet yoxdurVuçiç: "Macarıstanla Serbiya arasındakı infrastrukturu partlatmaq üçün detonatorlar aşkarlanıb"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Dünyanın ən güclü hərbi alyansı 77 yaşında: NATO haqqında az bilinən 10 GERÇƏK
Dünyanın ən güclü hərbi alyansı 77 yaşında: NATO haqqında az bilinən 10 GERÇƏK
Maraqlı

Dünyanın ən güclü hərbi alyansı 77 yaşında: NATO haqqında az bilinən 10 GERÇƏK

Dünən
11:50
1 baxış
Paylaş:

Aprelin 4-ü NATO-nun yaradılması günüdür.

Aprelin 4-ü NATO-nun yaradılması günüdür.

Gundem.today xatırladır ki, 1949-cu ildə Vaşinqton şəhərində Şimali Atlantika müqaviləsinin imzalanması ilə sözügedən təşkilatın əsası qoyulub.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqıdır.

Qurumun hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirirlər. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-in ən azı 2%-ni təşkil etməlidir.

Şimali Atlantika Alyansının təşkilata üzv ölkələrin silahlı hücuma məruz qalan hər hansı üzv ölkəyə kömək etməsini tələb edən 5-ci maddəsi NATO tarixində ilk və hələ ki son dəfə 2001-ci ildəki 11 sentyabr hücumlarından sonra tətbiq olunub.

Təşkilatın son genişlənməsi isə 2024-ci ildə olub. Belə ki, 2022-ci ildə Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Türkiyə PKK, YPG və FETÖ-yə dəstək verdiklərini əsas gətirərək onların müraciətlərini rəsmi olaraq bloklayıb. 28 iyun 2022-ci ildə NATO-nun Madrid Zirvə toplantısında Finlandiya və İsveç Türkiyənin təhlükəsizlik problemlərini həll etmək üçün onunla üçtərəfli memorandum imzalayıblar. Həmin gün Türkiyə Finlandiya və İsveçin üzvlük təkliflərini dəstəkləməyə razılıq verib. 5 iyul 2022-ci ildə NATO 30 üzv dövlətlə birlikdə Finlandiya və İsveçin üzvlük protokollarını imzalayıb. 4 aprel 2023-cü ildə Finlandiya NATO-nun 31-ci, 2024-cü il martın 7-də isə İsveç 32-ci üzvü olub.

Ölkəmizlə də NATO arasında əlaqələr yüksək səviyyədədir.

Azərbaycan ilə NATO arasında məzmunlu əməkdaşlığın əsası Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə qoyulub. Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Tərəfdaşlıqda əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Azərbaycan-NATO tərəfdaşlığı fərdi əsaslarla qurulub. Eyni zamanda, Azərbaycan Avro-Atlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak edir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, "NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək" Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən biridir.

Gundem.today NATO haqqında 10 maraqlı faktı təqdim edir:

Tək istisna: 75 illik tarixdə "Hücum hamımıza edilib" maddəsi (5-ci maddə) cəmi bir dəfə işə düşüb: 11 sentyabr terrorunda ABŞ-ni qorumaq üçün.

Ordusuz üzv: İslandiya NATO-nun qurucu üzvlərindəndir, amma ölkənin hələ də ordusu yoxdur. Onu digər müttəfiqlər növbə ilə qoruyurlar.

SSRİ-nin "qapıdan qayıtması": 1954-cü ildə SSRİ NATO-ya üzv olmaq üçün müraciət edib, amma rədd cavabı alıb.

43 illik küskünlük: Fransa 1966-cı ildə NATO-nun hərbi strukturundan çıxıb və yalnız 2009-cu ildə geri dönüb.

Rəsmi dillər: Alyansda onlarla fərqli millət olsa da, cəmi iki rəsmi dil var: ingilis və fransız.

2% qaydası: Hər bir üzv ölkə büdcəsinin (ÜDM) ən azı 2%-ni hərbi sahəyə xərcləməyə söz verib.

Ən böyük genişlənmə: 2004-cü ildə NATO bir anda yeddi ölkəni üzv qəbul edərək ən böyük genişlənməsini edib.

Sərhəd şərti: NATO-nun 10-cu maddəsinə görə, təşkilata yeni üzvlük yalnız Avropa dövlətləri üçün açıqdır.

Ən böyük "müştəri": Alyansın hərbi xərclərinin təxminən 70%-i təkbaşına ABŞ-nin payına düşür.

Nəhəng qərargah: Brüsseldəki qərargah binası o qədər böyükdür ki, orada hər gün 4 000-dən çox insan işləyir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#NATO#Şimali_Atlantika_Alyansı#hərbi_ittifaq#4_aprel_1949#qlobal_təhlükəsizlik#Azərbaycan-NATO_əlaqələri#Heydər_Əliyev#Sülh_Naminə_Tərəfdaşlıq#5-ci_maddə#Finlandiya_və_İsveç_üzvlüyü#NATO-nun_genişlənməsi#Brüssel_qərargahı#müdafiə_xərcləri.

Oxşar Xəbərlər

Fransada 2000 illik antik yaşayış məskəni aşkarlanıbMaraqlı

Fransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb

Fransanın Marsel şəhərinin yaxınlığında təxminən 2 000 il yaşı olan antik yaşayış məskəninin ərazisində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.

Bu gün
13:000
"Yeni Avaz 3" - 15 ilin HitləriMaraqlı

"Yeni Avaz 3" - 15 ilin Hitləri

Araz Radiosunun ənənəyə çevrilən və hər dəfə böyük maraqla qarşılanan layihəsi bu dəfə daha da fərqli formatda geri qayıdır. Bu möhtəşəm layihə Xəzər Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Bu gün
13:061
Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblərMaraqlı

Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər

Rusiyalı alimlər Antarktidanın Berks burnunda vahə aşkar ediblər.

Bu gün
07:240
Üzdə qırışların yaranmaması üçün hansı vəziyyətdə yatmaq məsləhət görülür?Maraqlı

Üzdə qırışların yaranmaması üçün hansı vəziyyətdə yatmaq məsləhət görülür?

Əgər yuxudan doymursunuzsa, səhərlər bel və ya kürək nahiyəsində ağrılar hiss edirsinizsə, yəqin ki, yanlış pozada yatırsınız. Bəs hansı hallarda onu dəyişdirmək lazımdır?

Bu gün
05:121