
Ədliyyə Nazirliyi "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib
Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib.
Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib.
Yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır.
Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər.
İlk növbədə "myGov ID" və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma (görüşün növü, müəssisə, tarix, iştirakçılar və s.) doldurulur və gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir, müraciət Ədliyyə Nazirliyinin aidiyyəti penitensiar müəssisəsinə göndərilir. Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir. Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda keçirilir.
Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək.
Qeyd edək ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Azeronline"a yeni baş müdir təyin edilir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline LTD" BM-ə yeni baş müdir təyin olunur. Bu vəzifə Fərid Akif oğlu Salamova həvalə edilir.
DigərƏdliyyə naziri Şəmkir şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov mayın 1-də Şəmkir şəhərində vətəndaşları qəbul edib.
DigərTender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et!
"Yelo Bank" korporativ müştəriləri üçün rəqəmsal xidmətlərini genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti yenilik sayəsində hüquqi şəxs və fərdi sahibkarlar artıq tender qarantiyasını banka gəlmədən, "İnternet Bankçılıq" platforması üzərindən tam onlayn əldə edə bilərlər.
DigərBeynəlxalq Telekommunikasiya İttifaqının Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ekspertləri, o cümlədən innovasiya ekosisteminin fəal üzvlərinin iştirakı ilə Regional Akselerasiya Mərkəzinin (RAM) gələcək fəaliyyətinə dair onlayn görüş baş tutub. Görüş zamanı mərkəzin məqsədləri, missiyası, idarəetmə modeli və funksional istiqamətləri üzrə ekosistem iştirakçılarının rəyləri toplanılıb və geniş fikir mübadiləsi aparılıb.