
Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzini ziyarət edib
Azərbaycanda səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 23-də Heydər Əliyev Mərkəzində olub.
Azərbaycanda səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 23-də Heydər Əliyev Mərkəzində olub.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib.
Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Buradakı Heydər Əliyev Muzeyində ulu öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Prezident Edqars Rinkeviçs əvvəlcə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan Edqars Rinkeviçsə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİlham Əliyev: "Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir"
"Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir".
SiyasətPrezident: "Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir"
"Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir".
Siyasətİlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
SiyasətLatviya prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 23-də başa çatıb.