Son dəqiqə
Alimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaqEnn Heteuey dünyanın ən gözəl qadını seçilib - FOTOMbappe şəxsi rekord müəyyənləşdirdiAvropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir: Regionda yeni vəziyyət yaranır - VİDEOBağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEOİnformasiya cəbhəsində "süni intellekt savaşı": İranın satirik videoları nəyi hədəfləyir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Əhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Əhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Cəmiyyət

Əhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ

Bu gün
23:40
0 baxış
Paylaş:

Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.

Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.

Bu barədə Gundem.today-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 12:10-da "Ulduz-Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb.

Qısaqapanma nəticəsində tüstülənmə müşahidə edildiyi və bununla əlaqədar operativ şəkildə təxirəsalınmaz tənzimləmə tədbirləri icra olunduğu diqqətə çatdırılıb:

"İlkin araşdırmanın nəticəsi olaraq saat 15:00-da Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilməklə müvafiq texniki tədbirlərin icrası barədə qərarlar qəbul olunub. Operativ tədbirlər planına uyğun qısaqapanma baş vermiş kabel xəttində təhlükəsizlik qaydaları qorunmaqla texniki işlərin icrasına başlanılıb. Həmçinin hadisənin təkrarlanması ehtimalının da qarşısının alınmasına xidmət edəcək əlavə tədbirlər görülür".

Qeyd olunub ki, bu məqsədlə hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizliyin, habelə digər texniki dəstək tədbirlərinin gücləndirilməsi işləri aparılır. Həmçinin texniki insidentin detallı təhlillərinin davam etdirilməsi təmin olunacaq.

"Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi və qeyd olunan tədbirlərin tam təhlükəsiz başa çatdırılması məqsədilə aprel ayının 22-si günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur. Sərnişinlərdən baş vermiş hadisə ilə əlaqədar üzr istəyir, yaranmış vəziyyətə anlayışla reaksiya göstərdikləri üçün təşəkkür edirik", - məlumatda vurğulanıb.

O da bildirilib ki, texniki araşdırmalar və təhlillərin nəticələri, görüləcək işlər və digər məsələlər barədə ictimaiyyətə operativ məlumatlar təqdim ediləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Bakı_Metropoliteni_QSC#Bakı_metrosunda_problem

Oxşar Xəbərlər

Bağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEOCəmiyyət

Bağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEO

Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Esmanur" uşaq bağçası ilə bağlı müəyyən şikayətlər səsləndirilir.

Bu gün
01:520
Bakıda qəza ocağına dönən yollar - "Oradan qanunu pozmadan keçmək çox çətindir" - VİDEOCəmiyyət

Bakıda qəza ocağına dönən yollar - "Oradan qanunu pozmadan keçmək çox çətindir" - VİDEO

Baku TV-yə "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında qəza ocaqları və təhlükəsizlik mövzusu müzakirə olunub.

Bu gün
01:360
Ürəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılarCəmiyyət

Ürəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılar

Ötən gün ictimai nəqliyyatda halı pisləşən xəstəni Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri həyata qaytarmışdılar.

Bu gün
00:240
Ölkə ikincisi Aylin uğurun sirrini açıqladıCəmiyyət

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.

Bu gün
23:360