Son dəqiqə
Məşhur aktyor "ən xoşbəxt ölkə"ni tərk edib Gürcüstana köçəcəyini açıqladıKİV: Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblarAğcaqanadlar ən çox kimləri sancırlar?"Çelsi"nin sabiq futbolçusu Oskar 34 yaşında karyerasını başa vurduTramp Tehrana yeni zərbələrin görüntülərini paylaşdı - VİDEOQərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 kənd necə məhv edildi? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Əhaliyə XƏBƏRDARLIQ: SEL, daşqın və güclü külək gəlir
Əhaliyə XƏBƏRDARLIQ: SEL, daşqın və güclü külək gəlir
Cəmiyyət

Əhaliyə XƏBƏRDARLIQ: SEL, daşqın və güclü külək gəlir

Bu gün
09:50
2 baxış
Paylaş:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində deyilir.

Müraciətdə intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur:

"Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!" - deyə müraciətdə vurğulanır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#FHN_xəbərdarlıq#kəskin_hava_şəraiti#güclü_külək#sel_təhlükəsi#daşqın#ildırım_çaxması#intensiv_yağıntılar#təhlükəsizlik_qaydaları#Fövqəladə_Hallar_Nazirliyi#Bakıda_subasma#112_qaynar_xətt.

Oxşar Xəbərlər

Vüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən danışdı - VİDEOCəmiyyət

Vüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən danışdı - VİDEO

"Məni qəbul etməyən qurdlar var idi".

Bu gün
01:480
Varikoz müalicə olunmazsa, nə baş verər? - VİDEOCəmiyyət

Varikoz müalicə olunmazsa, nə baş verər? - VİDEO

Baku TV-nin efirində "Baku Med" verilişinin budəfəki buraxılışında varikoz xəstəliyi barədə müzakirə aparılıb.

Bu gün
01:161
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEOCəmiyyət

Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO

Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.

Bu gün
00:481
Dövlət agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edibCəmiyyət

Dövlət agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu gün
23:481