
Emi Karlon: "Qarabağı görməyimə şadam"
ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın Qarabağ regionuna səfər etməkdən və regionun inkişafını öz gözləri ilə görməkdən şad olduğunu bildirib.
ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın Qarabağ regionuna səfər etməkdən və regionun inkişafını öz gözləri ilə görməkdən şad olduğunu bildirib.
Gundem.today "Report"a istinadla xəbər verir ki, o bu barədə jurnalistlərə bildirib.
"Burada olmaq imkanına görə çox şadam, bu, mənim Azərbaycanın bu regionuna ilk səfərimdir. Mən əvvəllər nə Şuşada, nə də Laçında olmuşam, ona görə də burada olmağımdan və vəziyyəti öz gözlərimlə görməyimdən həqiqətən şadam", - o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan Strateji əməkdaşlıq haqqında Xartiyanın imzalanmasından sonra ikitərəfli təmasları artırıb:
"2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ liderlərinin görüşündən sonra iki ölkə arasındakı münasibətlərdə müsbət dinamika müşahidə olunur".
E.Karlon qeyd edib ki, avqustda baş tutan görüşdən sonra Vaşinqton və Bakı Strateji Tərəfdaşlıq haqqında Xartiya üzərində işə başlayıblar və bu sənəd 2026-cı ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı imzalanıb:
"Sənəddə əsas diqqət nəqliyyat əlaqələrinin, kommersiya və iqtisadi əməkdaşlığın inkişafına, eləcə də müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətə yönəldilir. Xartiyanın imzalandığı vaxtdan etibarən konkret layihələri işə salmaq və ikitərəfli əməkdaşlığı irəlilətmək üçün ABŞ-dən Azərbaycana texniki ekspertlər və digər mütəxəssislər gəliblər".
Qeyd edək ki, E.Karlon xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regionda səfərdədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətHeydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO
Mayın 2-də Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.
SiyasətSülhə doğru növbəti addım
Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi, qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Aprelin 29-da Ermənistanda, Ağverəndə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
SiyasətSəfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"
"Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır".
SiyasətHörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr
Corcia Meloni bir neçə gündən sonra Bakıda olacaq. Bu, onun Əlcəzair və Körfəz ölkələrinə səfərlərini əhatə edən "enerji" turunun növbəti dayanacağıdır.