Son dəqiqə
Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıb"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilibErmənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıbQubada selin fəsadları əhalinin gününü qaraldıb: "Ərzağı atla daşıyırıq" - VİDEOSonuncu zəvvar qrupları Mədinəni tərk edibSahil Tahirli "Space" TV-də yeni vəzifəyə TƏYİN OLUNDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. "Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiq edilib
"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiq edilib
Siyasət

"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiq edilib

17:59
0 baxış
Paylaş:

Nazirlər Kabineti "Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi"ni təsdiq edib.

Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə Enerji effektivliyi informasiya sistemində formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməlidir.

RİNN isə Əsasnamədə qeyd edilən ötürülən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları və təşkilatları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etməli, bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

Əsasnamə "Enerji effektivliyi informasiya sistemi"nin (EEİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

EEİS-in sahibi və operatoru funksiyalarını Energetika Nazirliyi həyata keçirir.

EEİS-in formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

EEİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər dövlət mülkiyyətidir.

Fərdi məlumatların EEİS-də toplanılmasının və işlənilməsinin məqsədi Əsasnamədə qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların EEİS-də toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

EEİS ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nda qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

Əsasnamədə istifadə olunan anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda, Qaydalarda, həmçinin digər normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.

EEİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi, habelə saxlanması ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Əli_Əsədov#Nazirlər_Kabineti#Rəqəmsal_İnkişaf_və_Nəqliyyat_Nazirliyi#Energetika_Nazirliyi

Oxşar Xəbərlər

Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıbSiyasət

Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıb

Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

19:580
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilibSiyasət

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020
Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edirSiyasət

Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

16:160
Əli Əsədovdan "Qaz təchizatı haqqında" qanuna dəyişikliklə bağlı QƏRARSiyasət

Əli Əsədovdan "Qaz təchizatı haqqında" qanuna dəyişikliklə bağlı QƏRAR

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında" 1999-cu il 31 may tarixli 87 nömrəli, "Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər"in təsdiq edilməsi haqqında" 2023-cü il 6 fevral tarixli 36 nömrəli və "Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər"in təsdiq edilməsi haqqında" 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında qərar qəbul edilib.

17:530