
Əraqçı: "İrana hücumlara reaksiyanın olmaması BAEA-ya inamı sarsıdır"
İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İrandakı nüvə obyektlərinə hücumlara lazımi reaksiya verməməsinin təşkilata inamı sarsıtdığını bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İrandakı nüvə obyektlərinə hücumlara lazımi reaksiya verməməsinin təşkilata inamı sarsıtdığını bildirib.
Gundem.today bu barədə TASS-a istinadən xəbər verir.
A.Əraqçı ABŞ və İsrailin, xüsusilə Buşəhr atom elektrik stansiyasına qarşı davam edən hücumlarını qanunsuz adlandırıb və bunun insan sağlamlığı, ətraf mühit üçün ciddi risklər yaratdığını, həmçinin radioaktiv çirklənmə ehtimalını artırdığını qeyd edib.
O, BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib ki, BMT Təhlükəsizlik Şurası və BAEA İdarəçilər Şurası bu cür hücumların qarşısını almaq üçün yetərli tədbir görməyib.
Nazirin sözlərinə görə, R.Qrossi 2026-cı ilin martında verdiyi müsahibədə İranın nüvə proqramına dair məxfi məlumatları açıqlayıb və bu da həmin obyektlərə qarşı yeni hücumlara zəmin yarada bilər.
A.Əraqçı hesab edir ki, bu addımlar BAEA-nın qərəzsizliyinə və zəmanət mexanizmlərinə olan etimadı ciddi şəkildə zəiflədib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Çin nüvə silahı üçün gizli obyekt inşa edir
Çinin Sıçuan vilayətində yeni nəsil nüvə silahlarının hazırlanması üçün nəzərdə tutulan gizli obyektin tikildiyi iddia olunur.
Dünya"Aprel yorğunluğu" sindromu niyə yaranır? - Mütəxəssislər açıqladı
Aprel ayında özümüzü niyə pis hiss edirik?
DünyaPivəni həddindən artıq içmək insanı öldürə bilər - Mütəxəssisdən xəbərdarlıq
"Pivənin həddindən artıq istehlak edilməsi insanı öldürə bilər".
DünyaMoskvada hava limanında sərnişinləri qarşılayan robot görüntülənib - VİDEO
Rusiyanın paytaxtı Moskavnın Şeremetyevo hava limanında sərnişinləri əlində lövhə ilə qarşılayan robot görüntülənib.