
Ermənistan Araz çayı ilə bağlı yeni layihə hazırlayır
Ermənistan rəhbərliyi iki ölkə arasında sərhəd rolunu oynayan Araz çayından qum çıxarılmasının yeni qaydalarını müəyyən edən xüsusi layihə üzərində işləyəcək.
Ermənistan rəhbərliyi iki ölkə arasında sərhəd rolunu oynayan Araz çayından qum çıxarılmasının yeni qaydalarını müəyyən edən xüsusi layihə üzərində işləyəcək.
Gundem.today-ın Ermənistan mətbuatına istinadla yaydığı xəbərə əsasən, bununla bağlı müvafiq qərar Nazirlər Kabinetinin cümə axşamı baş tutan iclasında təsdiqlənib.
İndiyədək həyata keçirilən nəzarətsiz qum çıxarılması prosesi çayın yatağının dəyişməsinə gətirib çıxarırdı ki, bu amil də dövlət sərhədi xətti üçün müəyyən təhlükələr formalaşdırırdı. Məhz bu səbəbdən hasilat işlərinin miqyasına məhdudiyyətlər tətbiq edilmişdi.
Bununla belə, inşaat sahəsində quma artan ciddi tələbat səbəbindən tikinti şirkətləri hasilatın yenidən əvvəlki həcmlərdə bərpa olunmasını tələb edirdilər.
Yekunda, hökumət çay yatağının təbii axarını pozmadan təhlükəsiz hasilata şərait yaradan standart layihənin işlənib-hazırlanmasını sifariş etməyi qərara alıb. Layihənin icrası üçün büdcədən 25.2 milyon dram (təqribən 66 min dollar) həcmində vəsait ayrılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRəsmi Vaşinqton: Avropadakı NATO müttəfiqləri terrorçuların logistika mərkəzlərinə çevrilib
Rəsmi Vaşinqton hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) yer alan Avropa tərəfdaşları terror qruplaşmalarının logistika və maliyyə bazasına çevrilməkdədir.
Dünyaİrəvan Fransadan hansı silahları alıb? - Paşinyan söz verdi
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında Fransa silahlarının nümayiş etdiriləcəyinə söz verib.
DünyaABŞ və İran Hörmüz boğazı ilə bağlı ilkin razılığa gəlib
ABŞ və İran arasında əldə olunan yeni razılaşmaya əsasən, Hörmüz boğazında gəmilərin hərəkətinin mərhələli şəkildə bərpa edilməsi qarşılığında İrana tətbiq olunan dəniz blokadası yüngülləşdiriləcək.
DünyaPaşinyan Putinin təklifini rədd etdi?
Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan mayın 9-da Rusiya paytaxtında baş tutacaq Qələbə Günü paradına qatılmayacaq.