Son dəqiqə
Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldüBakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQYenilənən İslam Səfərli küçəsindən FOTOLARLənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTOTürkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEOHeydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Ermənistanın mina cinayəti: Azərbaycan hansı tələbləri irəli sürə bilər?
Ermənistanın mina cinayəti: Azərbaycan hansı tələbləri irəli sürə bilər?
Siyasət

Ermənistanın mina cinayəti: Azərbaycan hansı tələbləri irəli sürə bilər?

Bu gün
14:18
0 baxış
Paylaş:

"Azərbaycanın mövqeyinə görə, mina məsələsi təkcə keçmişdə baş vermiş qanunsuzluqların araşdırılması deyil, həm də bu pozuntulara görə hüquqi məsuliyyətin müəyyən edilməsi deməkdir. Bu çərçivədə rəsmi Bakı 1949-cu il Cenevrə Konvensiyaları və həmin konvensiyalara 1977-ci ildə tərtib edilmiş I Əlavə Protokol, eləcə də piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edən Ottova Konvensiyası əsasında şəxslərin taleyinin açıqlanmasını, bütün kütləvi məzar

"Azərbaycanın mövqeyinə görə, mina məsələsi təkcə keçmişdə baş vermiş qanunsuzluqların araşdırılması deyil, həm də bu pozuntulara görə hüquqi məsuliyyətin müəyyən edilməsi deməkdir. Bu çərçivədə rəsmi Bakı 1949-cu il Cenevrə Konvensiyaları və həmin konvensiyalara 1977-ci ildə tərtib edilmiş I Əlavə Protokol, eləcə də piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edən Ottova Konvensiyası əsasında şəxslərin taleyinin açıqlanmasını, bütün kütləvi məzarlıqların tam şəkildə bildirilməsini və çıxarılan insan qalıqlarının ailələrinə təhvil verilməsini tələb edə bilər".

Bu sözləri Gundem.today-a açıqlamasında beynəlxalq hüquq üzrə türkiyəli ekspert Ferhat Aznevi deyib.

O bildirib ki, bu tələblər yalnız siyasi xarakter daşımır, birbaşa məcburi beynəlxalq öhdəliklərə əsaslandığı üçün güclü hüquqi zəminə malikdir:

"Bununla yanaşı, Azərbaycan mina məsələsi üzərindən daha konkret və texniki tələblər də irəli sürə bilər. İlk növbədə, basdırılmış bütün minalara dair tam xəritələrin və texniki məlumatların təqdim edilməsi, mina təmizləmə fəaliyyətlərində əməkdaşlıq və ərazidə riskin aradan qaldırılmasına yönəlmiş, beynəlxalq nəzarətə açıq mexanizmlərin qurulması tələb oluna bilər. Bundan əlavə, mülki şəxslərin məruz qaldığı zərərlərə görə kompensasiya tələbi də gündəmə gətirilə bilər. Bu çərçivədə zərər çəkmiş şəxslər üçün maddi və mənəvi təzminat, infrastruktur itkilərinə görə dövlətlərarası kompensasiya mexanizmləri və reabilitasiya öhdəlikləri hüquqi baxımdan irəli sürülə bilər".

Ekspert qeyd edib ki, Azərbaycan bu pozuntuları beynəlxalq məhkəmə və nəzarət orqanlarının müzakirəsinə çıxarmaq yolunu da tuta bilər:

"Məsələn, Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistanın məsuliyyəti ilə bağlı iddianın qaldırılması, Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında fərdi və dövlət tərəfindən iddianın qaldırılması, həmçinin Birləşmiş Millətlər Təşkilatı mexanizmləri vasitəsilə araşdırma və hesabat proseslərinin işə salınması nəzərdən keçirilə bilər. Bu cür müraciətlərin məqsədi yalnız pozuntuların müəyyən edilməsi deyil, eyni zamanda onların dayandırılması, təkrarının qarşısının alınması və beynəlxalq hüquq qarşısında hesabatlılığın təmin edilməsidir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#mina_problemi#beynəlxalq_hüquq#Azərbaycanın_tələbləri#Ermənistanın_məsuliyyəti#mina_xəritələri#kompensasiya_tələbi#Cenevrə_Konvensiyası#Ottava_Konvensiyası#beynəlxalq_məhkəmə#Ferhat_Aznevi#mülki_şəxslərə_təzminat#kütləvi_məzarlıqlar

Oxşar Xəbərlər

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTOSiyasət

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO

Mayın 2-də Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.

Bu gün
14:580
Sülhə doğru növbəti addımSiyasət

Sülhə doğru növbəti addım

Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi, qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Aprelin 29-da Ermənistanda, Ağverəndə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.

Bu gün
14:540
Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"Siyasət

Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"

"Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır".

Bu gün
14:400
Hörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələrSiyasət

Hörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr

Corcia Meloni bir neçə gündən sonra Bakıda olacaq. Bu, onun Əlcəzair və Körfəz ölkələrinə səfərlərini əhatə edən "enerji" turunun növbəti dayanacağıdır.

Bu gün
14:270