Son dəqiqə
Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEOBrent markalı neftin qiyməti 102 dolları ötübLatviya prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"Prezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEOEdqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır"Latviya prezidenti: "Azərbaycanla ticari əlaqələrimizi genişləndirməyə hazırıq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ermənistanın vandalizm siyasəti: Azərbaycan qəbiristanlıqlarının acı taleyi - FOTO
Ermənistanın vandalizm siyasəti: Azərbaycan qəbiristanlıqlarının acı taleyi - FOTO
Cəmiyyət

Ermənistanın vandalizm siyasəti: Azərbaycan qəbiristanlıqlarının acı taleyi - FOTO

Bu gün
19:36
0 baxış
Paylaş:

Azərbaycanın maddi-mədəni irsi uzun illər ciddi dağıntılara məruz qalıb. Xüsusilə işğal dövründə bir çox tarixi abidələr, dini məkanlar və qəbiristanlıqlar ermənilər tərəfindən məqsədli şəkildə məhv edilib. Qəbiristanlıqların dağıdılması yalnız maddi ziyan deyil, həm də xalqın yaddaşına və mənəvi dəyərlərinə vurulan ağır zərbə kimi qiymətləndirilir.

Azərbaycanın maddi-mədəni irsi uzun illər ciddi dağıntılara məruz qalıb. Xüsusilə işğal dövründə bir çox tarixi abidələr, dini məkanlar və qəbiristanlıqlar ermənilər tərəfindən məqsədli şəkildə məhv edilib. Qəbiristanlıqların dağıdılması yalnız maddi ziyan deyil, həm də xalqın yaddaşına və mənəvi dəyərlərinə vurulan ağır zərbə kimi qiymətləndirilir.

İlkin araşdırmaların nəticəsinə görə, Qərbi Azərbaycanda 201 qəbiristanlıqdan yalnız ikisinin tam toxunulmamış vəziyyətdə qaldığı, 42 qəbiristanlığın ağır dərəcədə dağıdıldığı, 157 qəbiristanlığın isə tamamilə məhv edildiyi müəyyən edilib. Tədqiqat eyni zamanda bu qəbiristanlıqların yaranma tarixlərini, tarixi dərinliyini, dağıntı formalarını və sonrakı istifadə istiqamətlərini də elmi dəlillərlə ortaya qoyur.

Peyklər vasitəsilə monitorinq nəticəsində 157 qəbiristanlığın tamamilə məhv edildiyi müəyyənləşdirilib. Bu, ümumi nəticənin 78.1%-dir. 42 qəbiristanlığın isə ağır formada dağıntılara, vandalizmə və yağmalanmaya məruz qaldığı müəyyən edilib. Bu isə ümumi nəticənin 20.9%-dir.

Peyk məlumatlarından istifadə edərək 154 qəbiristanlığın məhv tarixinin çərçivəsini təyin etmək mümkün olub. 10 qəbiristanlığın məhv edilmə tarixi "KH-7 Gambi"t və "KH-9 Hexagon" peyk təsvirlərindən istifadə etməklə müəyyən edilib. Təhlillər göstərib ki, həmin hallarda nəzərdən keçirilən qəbiristanlıqlarda məhvetmə prosesi sovet dövrünün sonlarına aid tarix çərçivəsində - 1967-1989-cu illərdə baş verib.

89 qəbiristanlığın məhvedilmə tarixinin çərçivəsinin həm əvvəlki, həm də sonrakı vəziyyətini müasir peyk təsvirlərində izləmək imkanı olmadığı üçün, 1989-cu ildən etibarən ilk olaraq məhvetməyə rast gəlindiyi tarix çərçivəsi əsas götürülüb.

Üç qəbiristanlığın məhv edilməsi faktı müəyyən edilsə də, onların məhvedilmə tarixinin çərçivəsini müəyyən etmək mümkün olmayıb və buna görə də həmin qəbiristanlıqların məhv edilməsi tarixi "naməlum" olaraq qeyd olunub.

33 qəbiristanlığın məhv edilməsi tarixinin çərçivəsini həm əvvəlki, həm də sonrakı vəziyyəti izlənilən müasir peyk təsvirlərindən əldə etmək imkanı olduğu üçün onların tarix çərçivəsini də müəyyən etməyə cəhd göstərilib.

Ermənistan mətbuatının da dəfələrlə təsdiq etdiyi bu kimi hallarla xüsusi təşkilatlanmış qruplar məşğul olub, kənd-kənd gəzərək dövlət qurumlarının gözü qarşısında və hətta onların dəstəyi ilə bu cür cinayətləri həyata keçiriblər. Qəbiristanlıqlarda qalan digər ucuz hesab edilən daşlar isə vandalizmə məruz qalaraq parçalanıb, üzərindəki yazıları və rəsmləri qaşınıb, zaman keçdikcə xaraba daş yığınları kimi toplanıb. Bunu nəzərdən keçirilən əksər peyk təsvirləri də sübut edir. Bundan başqa, sovet dövründə dəfn edilmiş azərbaycanlıların qəbirləri ətrafında dəmir hasarlardan istifadə edildiyi üçün qəbiristanlıqları yağmalayanlar tərəfindən bu dəmir hasarların da toplanılması həyata keçirilib.

Beləliklə, tədqiqata cəlb olunan 201 qəbiristanlıqdan cəmi ikisi dövrümüzə qədər toxunulmaz gəlib çatıb. Qəbiristanlıqlara vurulan zərərin zamana görə təhlilləri göstərir ki, tədqiq olunan ərazidə əksər qəbiristanlıqların məhv edilməsi 2006-ci ildən sonra baş verib.

Araşdırmalar zamanı 201 qəbiristanlıqda müşahidə olunan dağıntıların təsiri müxtəlif təsnifatlar üzrə qiymətləndirilib. Təhlillər göstərir ki, bu ərazilərin 83-də talan hadisələri qeydə alınıb. Bu isə ümumi sayın əhəmiyyətli bir hissəsini təşkil edir. Bununla yanaşı, 79 qəbiristanlıqda topoqrafiyanın dəyişdirilməsi, yəni relyefin və ya ərazinin təbii formasının dəyişdirilməsi halları aşkarlanıb. Bu, qəbiristanlıq ərazilərinin landşaft strukturuna ciddi təsir edib.

Ermənistan SSR dövrünə aid keçmiş inzibati vahidlər üzrə, istərsə də hazırda Ermənistanda olan inzibati vahidlər üzrə məhvetmə arealı da nəzərdən keçirilir.

Aparılan təhlillər göstərib ki, indiki Ermənistan ərazisində ən çox azərbaycanlı qəbiristanlıqlarının məhv edildiyi rayon Qafan və Basarkeçər rayonlarıdır. Bunlar yeni inzibati vahidlərlə Sünik və Geğarkunik mərzlərinin əraziləri hesab edilir.

Tədqiqatın nəticələri Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid olan qəbiristanlıqların məhv edilməsinin məqsədyönlü və sistemli şəkildə həyata keçirildiyini göstərir.

Qəbiristanlıqların məhv edilməsi yalnız fiziki dağıntılarla məhdudlaşmayıb, həm də mədəni və dini irsin yox edilməsinə yönəlmiş bir siyasətin nəticəsi olub. Bu dağıntılar həm sovet dövrü, həm də müasir dövrdə müxtəlif səbəblərlə həyata keçirilib. 42 qəbiristanlığın ağır şəkildə dağıdılması və bu dağıntıların əksəriyyətinin vandalizm, talan və yağmalanma ilə bağlı olması, yerli əhalinin dini və mədəni kimliyinin silinməsi məqsədi güddüyünü göstərib. Foto və video təsvirlərindən aydın olur ki, xüsusilə mərmər daşlar və qiymətli başdaşılar toplanaraq yenidən istifadəyə yönəldilib.

Beləliklə, Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların məhv edilməsinin sənədləşdirilməsi Ermənistanın uzun illər ərzində azərbaycanlı mədəni irsinin tərkib hissəsinə qarşı məqsədyönlü dövlət siyasəti apardığını göstərir. Bu siyasət hə

#Cəmiyyət#Qərbi_Azərbaycan#erməni_vandalizmi#qəbiristanlıqların_dağıdılması#mədəni_irs#peyk_monitorinqi#Qafan#Basarkeçər#tarixi_abidələr#sistemli_məhvetmə#beynəlxalq_hüquq.

Oxşar Xəbərlər

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEOCəmiyyət

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.

Bu gün
21:360
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi yollarında təmir işləri aparılacaqCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi yollarında təmir işləri aparılacaq

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Bu gün
21:000
Anar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdiCəmiyyət

Anar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdi

Aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.

Bu gün
20:240
Barat Yusubov vəzifəsindən azad ediləndən sonra müavini də ərizəsini yazdıCəmiyyət

Barat Yusubov vəzifəsindən azad ediləndən sonra müavini də ərizəsini yazdı

"Yeni Klinika"nın direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsini icra edən Gülnar Nuriyeva vəzifəsindən azad olunub.

Bu gün
19:120