
Gədəbəydə xəstəxanada həyatını itirən körpənin ölüm SƏBƏBİ AÇIQLANDI
Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngnəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngnəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib:
"Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30-da azyaşlının bioloji ölüm faktı qeydə alınıb".
Məhərrəm Əliyev
Gədəbəydə xəstəxanada körpə ölümü qeydə alınıb.
Gundem.today "Report"a istinadla xəbər verir ki, aprelin 15-də saat 5 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.
Faktla bağlı araşdırmalar Gədəbəy Rayon Prokurorluğu tərəfindən aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər - VİDEO
Bakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs ediliblər.
HadisəÖzünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanıldı
Bakıda özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.
HadisəGədəbəydə körpə qızdırmadan ölüb
Gədəbəydə xəstəxanada körpə ölümü qeydə alınıb.
Hadisə39 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI: Qonşu qonaq otağında meyiti ilə qarşılaşıb
Şamaxıda 39 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.