Son dəqiqə
Bir ay çəkən xilasetmə əməliyyatı: Balinanı dənizə barjanın köməyi ilə buraxdılar - VİDEOÇili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır"Piyada keçidi ticarət obyektləri ilə zəbt olunub - Sakinlərdən ŞİKAYƏT"Formula-1"in sabiq pilotu vəfat etdiYuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB - FOTO/VİDEO
Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB - FOTO/VİDEO
Cəmiyyət

Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB - FOTO/VİDEO

Bu gün
14:42
0 baxış
Paylaş:

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- yanğın su hovuzu mövcud deyil;

- obyektin ərazisində tikililərin və qurğuların yanğına qarşı ara məsafələri dəmir və yanar materiallar yığılmaqla pozulur;

- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda deyilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Gəncə#metaləritmə_müəssisəsi#yanğın_təhlükəsizliyi#FHN#Dövlət_Yanğın_Nəzarəti_Xidməti#obyektin_fəaliyyətinin_dayandırılması#yanğın_qaydalarının_pozulması#yoxlama#Fövqəladə_Hallar_Nazirliyi

Oxşar Xəbərlər

Piyada keçidi ticarət obyektləri ilə zəbt olunub - Sakinlərdən ŞİKAYƏTCəmiyyət

Piyada keçidi ticarət obyektləri ilə zəbt olunub - Sakinlərdən ŞİKAYƏT

Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində "Pasyolka Kirov" adlanan ərazidə yerüstü piyada keçidinin qanunsuz şəkildə ticarət obyektləri ilə zəbt olunduğu iddia edilib.

Bu gün
15:540
Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQCəmiyyət

Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın üçündə, bəzi bölgələrdə isə üçü və dördündə külək güclənəcək.

Bu gün
15:280
Yenilənən İslam Səfərli küçəsindən FOTOLARCəmiyyət

Yenilənən İslam Səfərli küçəsindən FOTOLAR

Dünən Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı olub. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub.

Bu gün
15:180
Lənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTOCəmiyyət

Lənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTO

Lənkəranda tanınmış iş adamı ölüb.

Bu gün
15:100