Son dəqiqə
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOBakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıbNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDIRöya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTOBakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDIYaponiyada güclü zəlzələ: Yaralananlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. General-mayor Mais Bərxudarovun doğum günüdür
General-mayor Mais Bərxudarovun doğum günüdür
Cəmiyyət

General-mayor Mais Bərxudarovun doğum günüdür

Bu gün
10:04
0 baxış
Paylaş:

Bu gün general-mayor Mais Bərxudarovun doğum günüdür.

Bu gün general-mayor Mais Bərxudarovun doğum günüdür.

Gundem.today xatırladır ki, Mais Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlıda anadan olub.

Uşaq vaxtlarında güləşlə məşğul olan Mais Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub.

1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

1998-ci ildə baş-leytenant Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Bu ordeni ona ümummilli lider Heydər Əliyev təqdim edib.

2012-ci ildə isə polkovnik rütbəsi daşıyan Mais Bərxudarov "Vətən uğrunda" medalına layiq görülüb.

2016-cı il aprelin 1-5-i tarixlərində Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik döyüşlər başlayan kimi özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib.

Ali Baş Komandan İlham Əliyev Mais Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verib.

General-mayor, həmçinin 44 gün davam edən Vətən müharibəsində də iştirak edib. O, Azərbaycanın Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları, həmçinin "Qarabağ" ordeni ilə təltif edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Doğum_günü#Mais_Bərxudarov

Oxşar Xəbərlər

Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yol infrastrukturunun acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bu gün
11:280
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDICəmiyyət

Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

Bu gün
11:120
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcəkCəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək

Sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

Bu gün
10:520
Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİCəmiyyət

Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Bu gün
10:440