
Goranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: Yaralılar var
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gundem.today xəbər verir ki, hadisə bu gün saat 5-də Goranboy-Veyisli avtomobil yolunun Rəhimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Xəyalə Cəfər qızı Cəfərovanın idarə etdiyi "Ford Fusion" markalı, 90-LY-442 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq əks hərəkət zolağına keçib. Nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn, 1990-cı il təvəllüdlü, Goranboy rayonunun Balakürd kənd sakini Arzu Bəhman oğlu Nəbiyevin idarə etdiyi "QAZ-32213" markalı, 10-HJ-680 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində "QAZel" markalı mikroavtobusda olan sərnişinlər 1970-ci il təvəllüdlü, Balakürd kənd sakini Şəlalə Nəbi qızı Abdullayeva, 1982-ci il təvəllüdlü, Nərimanlı kənd sakini Suqra Nəsib qızı Quliyeva və 1971-ci il təvəllüdlü, Nərimanlı kənd sakini Zəkiyyə Cəmşid qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGoranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: YEDDİ YARALI VAR
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
HadisəAzərbaycana qeyri-adi üsulla narkotik keçirmək istədilər - FOTO - VİDEO
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
HadisəXəzər dənizində zəlzələ olub - FOTO
Xəzər dənizində zəlzələ qeydə alınıb.
HadisəGəncədə avtomobil süpürgəçini vurub öldürdü
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.