
Goranboyda iki nəfərin öldüyü AĞIR QƏZA ilə bağlı açıqlama - Yaralıların SON DURUMU
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı və durumları açıqlanıb.
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı və durumları açıqlanıb.
Bu barədə Gundem.today-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 8-də saat 13:00-da Goranboy rayonunda baş verən avtoqəzada xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara müvafiq olaraq sağ bazu sümüyünün yerdəyişmə ilə sınığı və başın alın-təpə nahiyəsinin genişsahəli kəsilmiş yarası, sol bud sümüyünün yerdəyişmə ilə sınığı diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir. Vəziyyətləri ağırdır.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, rayon ərazisində VAZ-2107 və VAZ-2106 markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində iki nəfər hadisə yerində ölüb, yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBərdədə AĞIR QƏZA: Hərbçi öldü
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəSumqayıtda "Prius"un vurduğu piyadanın kimliyi məlum oldu
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub.
HadisəYevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldü
Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə ölüb.
HadisəBakıda şadlıq sarayının qarşısında kütləvi dava: Polis hərəkətə keçdi - FOTO
Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.