Son dəqiqə
"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTOÇimayev və Striklendin mətbuat konfransı UFC-də izlənmə rekordu qırdıKeçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu - FOTOƏraqçının Çin səfəri: Həlledici məqam yetişir - VİDEOAQTA zoonoz xəstəlik şübhəsi olan heyvanların ölkəyə idxalının qarşısını alıb - FOTORusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür - VİDEO
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür - VİDEO
Cəmiyyət

Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür - VİDEO

Bu gün
13:32
0 baxış
Paylaş:

Mayın 8-i görkəmli Azərbaycan bəstəkarı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun doğum günüdür.

Mayın 8-i görkəmli Azərbaycan bəstəkarı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun doğum günüdür.

Gundem.today xatırladır ki, məşhur Hacıbəyovlar nəslinin nümayəndəsi olan Soltan Hacıbəyov 1919-cu ildə Qarabağın musiqi beşiyi sayılan Şuşada anadan olub.

O, 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçərək əmisi, dahi Üzeyir Hacıbəylinin evində yaşamağa başlayıb. 1936-cı ildə texnikuma daxil olan gənc musiqiçi truba sinfində təhsilini davam etdirib. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, professor Boris Zeydmanın sinfinə daxil olub. S.Hacıbəyov burada xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən mənimsəyib.

Hələ tələbə ikən Soltan Hacıbəyov Bakı Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı - red.) dirijor vəzifəsinə dəvət alıb. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayıb, onun ilk əsəri - xor və simfonik orkestr üçün yazılmış "Pioner kantatası" və "Qızılgül" musiqili komediyası ərsəyə gəlib.

"Qızılgül" əsəri 1940-cı ildə Bakı Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulub və uzun illər ərzində teatrın repertuarını bəzəyib.

Azərbaycan simfonizminin təməlini qoymuş ilk bəstəkarlardan biri olan Soltan Hacıbəyov iki simfoniyanın, "Gülşən" baletinin, "İskəndər və çoban" uşaq operasının, simfonik, xalq çalğı alətləri orkestri, kvartet üçün müxtəlif janrlı əsərlərin, musiqili komediyaların, dram tamaşalarına musiqilərin, "Karvan" simfonik lövhəsinin müəllifidir.

S.Hacıbəyov yaradıcılıqla yanaşı, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib.

O, 1940-42-ci illərdə Filarmoniyanın saz ansamblının rəhbəri, 1942-45-ci illərdə Bakı Filarmoniya Orkestrinin bədii rəhbəri olub. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan bəstəkar gənc kadrların yetişdirilməsində misilsiz xidmətlər göstərib.

Sənətkar 1947-55-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1955-62-ci illərdə direktoru olub. Eyni zamanda, o, 1963-cü ildə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib. Görkəmli bəstəkar 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb.

Milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə S.Hacıbəyov 1952-ci ildə Stalin mükafatına, 1960-cı ildə "Azərbaycanın Xalq artisti" fəxri adına, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatına, 1973-cü ildə "SSRİ Xalq artisti" fəxri adına layiq görülüb.

Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra Sumqayıt Musiqi Texnikumuna sənətkarın adı verilib, eyni zamanda yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Doğum_günü#Azərbaycan_Dövlət_Konservatoriyası#Fəxri_xiyaban#Azərbaycan_Dövlət_Filarmoniyası#Soltan_Hacıbəyov

Oxşar Xəbərlər

"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTOCəmiyyət

"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Layihələrin idarə olunması və əməkdaşlıq şöbəsi müdiri vəzifəsindən azad olunub.

Bu gün
14:480
Keçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu - FOTOCəmiyyət

Keçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

Bu gün
14:400
AQTA zoonoz xəstəlik şübhəsi olan heyvanların ölkəyə idxalının qarşısını alıb - FOTOCəmiyyət

AQTA zoonoz xəstəlik şübhəsi olan heyvanların ölkəyə idxalının qarşısını alıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirir.

Bu gün
14:360
Gəncədə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTOCəmiyyət

Gəncədə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 8-də Gəncə Dövlət Universitetində (GDU) müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.

Bu gün
14:230