
Gülnar Qəhrəmanova direktor təyin edildi - FOTO
Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin edilib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin edilib.
Gundem.today xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, kollecin rəhbəri Gülnar Qəhrəmanova kollektivə təqdim olunub.
Qeyd edək ki, Gülnar Qəhrəmanova Gəncə Dövlət Universitetində "Kimya və biologiya müəllimliyi" ixtisası üzrə bakalavr, həmin ali təhsil müəssisəsində "Genetika" ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2025-ci ildə ADA Universitetinin "Bir müəllimin manifesti" proqramı çərçivəsində Vaşinqton şəhərində keçirilən "Tədris və təhsildə liderlik" istiqaməti üzrə təlimdə iştirak edib.
O, əmək fəaliyyətinə 2006-cı ildə Ağstafa şəhər Texniki və humanitar təmayüllü liseydə kimya və biologiya müəllimi kimi başlayıb. 2022-2024-cü illərdə Ağstafa rayonu Aşağı Kəsəmən kənd Ş.Abadov adına tam orta ümumtəhsil məktəbində, 2024-2026-cı illərdə isə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində fəaliyyət göstərib.
G.Qəhrəmanova təhsil sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib. Görüş zamanı kollecin kollektivi ilə qarşılıqlı müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTıxac problemindən canını qurtarmaq istəyənlər nə etməlidirlər? - VİDEO
Bakıda tıxac problemi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
CəmiyyətQəzada ağır xəsarət alanın yaxınları Sabunçu xəstəxanasında müalicədən İMTİNA ETDİLƏR
Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Cəmiyyət"BakıKart" kartlarının satış qiymətində dəyişiklik edildi
İyulun 1-dən "BakıKart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişəcək.
CəmiyyətQəzada ağır xəsarət alanı yaxınları Sabunçu xəstəxanasında müalicəsindən İMTİNA ETDİLƏR
Bakının Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.