Son dəqiqə
Riçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEOAzərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb - FOTODaha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcəkEldar Əzizov işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİAzərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTOMövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Güzəştli mənzil əldə etmək istəyən bəzi şəxslərə ŞAD XƏBƏR
Güzəştli mənzil əldə etmək istəyən bəzi şəxslərə ŞAD XƏBƏR
Cəmiyyət

Güzəştli mənzil əldə etmək istəyən bəzi şəxslərə ŞAD XƏBƏR

Bu gün
10:24
0 baxış
Paylaş:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "Güzəştli mənzil" sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlayıb.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "Güzəştli mənzil" sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlayıb.

Gundem.today xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.

Bildirilib ki, ölkə Prezidentinin 21.04.2026 tarixli fərmanı ilə "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib - güzəştli ipoteka kreditini almaq və Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Müvafiq dəyişikliklə azı 3 il stajı olan hakimlər də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.

Dövlət başçısının fərmanını icra etmək məqsədilə MİDA "Güzəştli mənzil" elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparıb həmin kateqoriyaya uyğun olan hakimlərin təqdim etməli sənədləri müəyyənləşdirib. Sənədlərin siyahısı ilə mida.gov.az internet səhifəsində yerləşən "Güzəştli mənzili kim ala bilər" bölməsində tanış olmaq mümkündür.

Həmin şəxslər bu gündən "SİMA Rəqəmsal İmza" ( https://sima.az/az ), "ASAN İmza" (https://asanimza.az/) və yaxud "SİMA Token" (https://sima.az/az/token) istifadə edərək "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində "Güzəştli mənzil" pəncərəsi vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan "108 Çağrı" mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#güzəştli_mənzil#ipoteka_krediti#güzəştli_ipoteka#MİDA#mənzil_inşaatı_dövlət_agentliyi#hakimlər_üçün_ipoteka#elektron_hökumət#ASAN_xidmət#SİMA_rəqəmsal_imza#güzəştli_mənzil_sistemi#mənzil_əldə_etmək_hüququ.

Oxşar Xəbərlər

Riçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEOCəmiyyət

Riçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEO

Hollivud aktyoru Riçard Girin Gir Fondu İspaniyanın "HOGAR SÍ" qeyri-kommersiya təşkilatı və "UN-Habitat" (BMT-nin Məskunlaşma Proqramı) ilə birlikdə 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacaq.

Bu gün
11:580
Eldar Əzizov işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİCəmiyyət

Eldar Əzizov işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİ

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində yeni təyinat olub.

Bu gün
11:500
Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi olubCəmiyyət

Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi olub.

Bu gün
11:320
WUF13 proqramı ictimaiyyətə təqdim olunubCəmiyyət

WUF13 proqramı ictimaiyyətə təqdim olunub

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram artıq ictimaiyyətə təqdim olunub.

Bu gün
10:370