Son dəqiqə
Keçən il dövlət büdcəsinin xərcləri 38 milyard manatı keçib2025-ci ildə dövlət büdcəsindən ən böyük pay hara xərclənib?Ötən il əməkhaqqı və sosial ödənişlərə ayrılan vəsait artıbTramp ABŞ-nin ədliyyə naziri postuna Blanşın təsdiqlənməsini təklif etdiSosial müdafiə xərcləri bir ildə 400 milyon manatdan çox artıbAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. "Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO
"Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO
Siyasət

"Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO

19:12
0 baxış
Paylaş:

"Azərbaycan dövləti olaraq biz müharibənin dayandırılması, onun diplomatik və siyasi həllinin tapılması, ən azı ilkin mərhələdə atəşkəsə nail olunması, daha sonra isə qalıcı və uzunmüddətli sülhün əldə edilməsi istiqamətində addımların vacibliyini vurğulayırıq".

"Azərbaycan dövləti olaraq biz müharibənin dayandırılması, onun diplomatik və siyasi həllinin tapılması, ən azı ilkin mərhələdə atəşkəsə nail olunması, daha sonra isə qalıcı və uzunmüddətli sülhün əldə edilməsi istiqamətində addımların vacibliyini vurğulayırıq".

Gundem.today xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirib. Bununla bağlı "Haber Global" "YouTube" kanalında videosüjet yayımlanıb.

"Son dövrlərdə Rusiya-Ukrayna müharibəsinin təsirləri, xüsusilə, Qara dəniz və Baltik dənizi hövzələrində daha qabarıq şəkildə hiss olunur. Ötən günlərdə Türkiyəyə məxsus bəzi gəmilərə dron hücumları olub. Eyni zamanda, Azərbaycan vətəndaşlarının da olduğu gəmi Azov dənizində hədəfə alınıb. Keçmişdə Gürcüstan limanlarına qarşı da müəyyən təhdidlər müşahidə olunub. Bu məsələ ilə bağlı qiymətləndirmələrinizi bilmək istərdik", - deyə "Haber Global"ın müxbiri hər üç ölkənin xarici işlər nazirinə sual ünvanlayıb.

Ceyhun Bayramov cavabında bildirib ki, hər bir müharibə ciddi risklər yaradır:

"Hər bir müharibə özündə çox ciddi risklər ehtiva edir. Müharibənin olduğu yerdə onu müəyyən coğrafi çərçivədə və ya konkret qaydalar daxilində saxlamaq, hadisələrin inkişafını tam proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Buna görə də Azərbaycan hər zaman müharibələrin dayandırılmasının, onların diplomatik və siyasi yollarla həllinin vacibliyini vurğulayıb.

Bu gün biz Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişləndiyinin şahidi oluruq. Qara dəniz hövzəsində bu, xüsusilə açıq şəkildə görünür. Müharibənin faciəli nəticələrini hər gün müşahidə edirik. Üç gün əvvəl iki gəmiyə edilən dron hücumu nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, daha dörd nəfər isə yaralanıb.

Lakin müharibə davam etdikcə belə hadisələrdən heç kim sığortalanmayıb. Buna görə də həm bu, həm də digər hərbi münaqişələrin dayandırılması strateji baxımdan olduqca vacibdir. Münaqişələr ilk növbədə həmin tərəflərə faciələr gətirir, eyni zamanda qonşu ölkələr, region və bütövlükdə dünya üçün ciddi təhlükələr yaradır.

Bu fürsətdən istifadə edərək həm Azərbaycan vətəndaşlarına, həm də dost və qardaş ölkələrin vətəndaşlarına müraciət etmək istəyirəm ki, hərbi münaqişə zonalarından uzaq dursunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər və həyatlarını riskə atmasınlar. Xarici İşlər Nazirliyi olaraq biz mütəmadi xəbərdarlıqlar edirik və bu çağırışı bir daha təkrarlamaq istərdim", - deyə nazir qeyd edib.

Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili də çıxışında ölkəsinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

"Gürcüstan dəfələrlə bölgəmizdə sülh və sabitliyə nə qədər önəm verdiyini bəyan edib. Rusiya-Ukrayna münaqişəsi təhlükəsizlik baxımından ciddi problemlər yaradır və Gürcüstan bunun təsirlərini aydın şəkildə görür. Bizim mövqeyimiz birmənalıdır - münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və sülhün qorunmasına xidmət edən bütün addımların vacib olduğuna inanırıq", - deyə Maka Boçorişvili bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə müharibənin coğrafi baxımdan genişləndiyini diqqətə çatdırıb.

"Hazırda müharibə getdikcə daha geniş coğrafiyaya yayılır. Tərəflərin istifadə etdiyi silah və sursatların Baltik ölkələrində - Estoniya, Litva və digər dövlətlərdə ortaya çıxdığını görürük. Rumıniyanın təsirlərə məruz qaldığını müşahidə edirik. Türk boğazlarına qədər minaların və pilotsuz dəniz vasitələrinin gəlib çatdığını, Gürcüstanın da hədəfə çevrilə bildiyini görürük.

Bütün bunlar müharibənin coğrafi yayılmasının miqyasını göstərir. Problemin köklü şəkildə həlli bütün suallara veriləcək ən doğru cavabdır. Bu səbəbdən atəşkəs danışıqlarına böyük əhəmiyyət veririk", - deyə Hakan Fidan bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Azərbaycan_XİN#Ceyhun_Bayramov#Türkiyə#Gürcüstan#Hakan_Fidan#Maka_Botçorişvili#üçtərəfli_görüş#Haber_Global#Rusiya-Ukrayna_müharibəsi#Qara_dəniz#təhlükəsizlik#sülh_çağırışı#mətbuat_konfransı.

Oxşar Xəbərlər

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDISiyasət

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir.

11:250
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfər edibSiyasət

Ceyhun Bayramov Yaponiyaya rəsmi səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb.

09:160
Ankara masada hansı rolu oynayacaq? - VİDEOSiyasət

Ankara masada hansı rolu oynayacaq? - VİDEO

Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Baltik dənizində keçirdiyi "Steadfast Defender 2026" hərbi təlimini müşahidə etdikdən sonra Türkiyənin Avropa təhlükəsizliyindəki mühüm rolunu və Ankaranın NATO-nun müdafiə planlarındakı mövqeyini xüsusi vurğulayıb.

00:360
Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı - VİDEOSiyasət

Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı - VİDEO

Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin Beyrutun cənubuna endirdiyi zərbələrdən sonra İran İsrailə raket hücumları ilə cavab verib. Bunun ardınca İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb. Beləliklə, aprel ayında əldə olunan kövrək atəşkəsdən sonra İran və İsrail arasında birbaşa qarşıdurma yenidən təhlükəli mərhələyə keçib.

00:240