
Hacıqabulda açıq ərazidə yanğın baş verib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 15 hektar sahədə kol-kos yanıb.
Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBərdədə AĞIR QƏZA: Hərbçi öldü
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəSumqayıtda "Prius"un vurduğu piyadanın kimliyi məlum oldu
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub.
HadisəYevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldü
Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə ölüb.
HadisəBakıda şadlıq sarayının qarşısında kütləvi dava: Polis hərəkətə keçdi - FOTO
Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.