
Hədiyyəyə görə direktorun işdən çıxardığı müəllimlə bağlı QƏRAR VERİLDİ - FOTO
Emin Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat məktəbində işdən çıxarılan müəllim vəzifəsinə bərpa edilib.
Emin Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat məktəbində işdən çıxarılan müəllim vəzifəsinə bərpa edilib.
Gundem.today "Qaynarinfo"ya istinadən xəbər verir ki, həmin məktəbin riyaziyyat müəllimi V.F. əsassız şəkildə işdən çıxarıldığını bildirərək məhkəməyə müraciət edib.
V.F. məhkəmədə bildirib ki, 2015-ci ildən etibarən Emin Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat məktəbində rus bölməsində riyaziyyat müəllimi kimi çalışıb. 2025-ci tədris ili başlayanda isə direktor tərəfindən qərəzli şəkildə məktəbə buraxılmayıb. O qeyd edib ki, işlədiyi müddətdə heç bir intizam tənbehi almayıb və işinin öhdəsindən layiqincə gəlib. Rus bölməsi ixtisara düşsə də, digər müəllimlər Azərbaycan bölməsinə keçirilib, lakin bu hal ona tətbiq olunmayıb.
Müəllim iddia edib ki, bunun əsas səbəbi məktəbin işdən çıxarılan direktoru Afaqət Əsgərova ilə aralarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində yaranan narazılıq olub:
"Direktora bayram münasibətilə könüllü olaraq 50 manat hədiyyə versəm də, o, məbləğin az olduğunu bildirərək 100 manat istədi. Lakin həmin məbləği vermədiyim üçün aramızda konflikt yarandı. Bundan sonra direktor dərs saatlarını pulla satmağa və bu kimi qərəzli hərəkətlərə başladı".
Məhkəmənin qərarı ilə iddiaçı əvvəlki işinə - məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilib. Həmçinin 2025-ci ildən etibarən məcburi iş buraxma müddətinə görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə göstəriş verilib.
Qeyd edək ki, Afaqət Əsgərova bir neçə ay əvvəl vəzifəsindən azad olunub. Bu ilin mart ayında isə onun yerinə Samirə Həsənova təyin edilib.
Fotoda Afaqət Əsgərova
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTaksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO
Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb.
CəmiyyətFHN intensiv yağışların fəsadlarını aradan qaldırır: Paytaxt və rayonlarda işlər davam edir
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri gün ərzində fasiləsiz olaraq davam etdirilib.
CəmiyyətNizami Kino Mərkəzinin divarları əvvəlki görkəminə qaytarıldı - VİDEO
Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti adı altında edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görkəminin bərpası istiqamətində aparılan işlər yekunlaşıb.
CəmiyyətZaur Əliyevə yüksək vəzifə verildi - SƏRƏNCAM
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.