
"Həyat yoldaşıma bu günü görmək nəsib olmadı" - Xanobaya köçən sakinin duyğulu anları
"Doğma yurdumuza qayıtdığımız üçün çox sevincliyik".
"Doğma yurdumuza qayıtdığımız üçün çox sevincliyik".
Bu sözləri Gundem.today-a açıqlamasında Xanoba kəndinə köçən Şəfiqə Abbasova deyib.
O bildirib ki, Cəbrayıl rayonunun Şahvəlli kəndindən məcburi köçkün düşərək, Xırdalan qəsəbəsində məskunlaşıb:
"33 ildən sonra doğma yurdumuza qayıdırıq. Bu gün Xanobaya köçürük. Doğma elimizə üç övladımla qayıdıram. O vaxt 29 yaşım var idi. Yoldaşım yeni vəfat edib, ona bu günü görmək nəsib olmadı.
Allah şəhidlərimizə rəhmət eləsin. Prezidentimizə cansağlığı versin, bu günləri görmək bizə nəsib oldu".
Xatırladaq ki, bu gün Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınır. Bu mərhələdə Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürülür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLeyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva aprelin 27-də Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Siyasətİllər sürən həsrətin sonu: Xocavənd, Qırmızı Bazar və Xanoba bu gün əzəli sahiblərini qarşılayır - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
SiyasətQarabağa qayıdan keçmiş məcburi köçkün: "35 il idarədə yaşamışıq"
"35 il idi ki, ev üzü görməmişdik. İdarədə yaşamışdıq".
SiyasətABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEO
Vaşinqton-Tehran gərginliyinin fonunda İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan və Omana kritik səfərlər həyata keçirib. Hazırda isə diplomat Rusiyadadır.