
Heyvan bazarları ilə bağlı YENİ MƏHDUDİYYƏTLƏR - FOTO
"Bazarlar heyvanların sıx toplandığı və yoluxucu xəstəliklərin yayılması üçün yüksək risk yaradan ərazilər hesab olunur. Bu cür məkanlarda baytarlıq-sanitariya normalarına əməl olunmaması və effektiv baytarlıq nəzarətinin təmin edilməməsi epizootoloji vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Bu baxımdan, heyvan bazarlarının girişində baytarlıq nəzarəti tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
"Bazarlar heyvanların sıx toplandığı və yoluxucu xəstəliklərin yayılması üçün yüksək risk yaradan ərazilər hesab olunur. Bu cür məkanlarda baytarlıq-sanitariya normalarına əməl olunmaması və effektiv baytarlıq nəzarətinin təmin edilməməsi epizootoloji vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Bu baxımdan, heyvan bazarlarının girişində baytarlıq nəzarəti tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin müdiri Yavər Məmmədov bildirib.
O deyib ki, heyvanların identifikasiyası baytarlıq tədbirlərinin görülməsinə nəzarətin effektiv həyata keçirilməsi üçün əsas alətlərdən biridir:
"Əvvəlki dövrlərdə heyvan bazarlarında mövcud infrastrukturun qeyri-qənaətbəxş vəziyyəti baytarlıq nəzarəti tədbirlərinin tam həcmdə tətbiqinə imkan vermirdi. Bu səbəbdən heyvan satış bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmış və onların fəaliyyətinin bərpası üçün "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 saylı Qərarının tələblərinin yerinə yetirilməsi əsas şərt kimi müəyyən edilib.
Sözügedən qərarın tələblərinin icrası təmin edildikdən sonra heyvan satış bazarlarının fəaliyyəti bərpa olunub. Hazırda yenilənmiş və müasir tələblərə cavab verən infrastruktur bazarların girişində satışa gətirilən heyvanların sağlamlıq vəziyyətinə və identifikasiyasına effektiv nəzarət həyata keçirməyə imkan yaradır. Bununla əlaqədar olaraq, bildiririk ki, identifikasiya olunmamış heyvanların bazara daxil olmasına yaxın vaxtlarda məhdudiyyətlər tətbiq ediləcək. Bu səbəbdən heyvan satış bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri əvvəlcədən müvafiq tədbirlər görməli və heyvanların bazara gətirilməzdən əvvəl identifikasiyasını təmin etməlidirlər", - deyə Yavər Məmmədov diqqətə çatdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətUyğunsuzluq aşkarlanan 490 baytarlıq preparatı məhv edilib - FOTO
Fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi "Bazalt" müəssisəsinin istehsalı olan "Vettrimerazin Poroşok" əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.
CəmiyyətWUF13 çərçivəsində jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib - FOTO
Aprelin 27-də Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.
Cəmiyyət23 yaşlı tiktoker saxlanıldı
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
CəmiyyətHökumət üzvlərinin mayda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.