Son dəqiqə
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - VİDEOAlyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib - FOTOBir sıra müəllimlərin ƏMƏKHAQQILARI ARTIBSiyəzəndə kərkəslər tullantı poliqonuna niyə TOPLANDILAR? - RƏSMİ AÇIQLAMA - VİDEOİtaliyada meşə yanğınları: Minlərlə insan təxliyə edildi - VİDEOMehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"
Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"
Siyasət

Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"

Bu gün
16:18
0 baxış
Paylaş:

"Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır".

"Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

"Bu günə qədər Azərbaycanın təxminən 4 min vətəndaşının taleyi barədə məlumat yoxdur. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə son əlaqələrimiz zamanı mən, həmçinin QHT-ləri və vətəndaş institutlarını bu səylərə qoşulmağa çağırdım ki, ailələri artıq 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən insanların talelərinə aydınlıq gətirilsin", - o deyib.

O qeyd edib ki, buna baxmayaraq, Azərbaycan regionda sülhü təmin etməyə, onu möhkəmləndirməyə və davamlı sülhə nail olmağa davam edəcək.

"Biz regionun bütün ölkələri ilə sülh münasibətlərinin qurulması prinsipindən çıxış edərək, həm Ermənistanla ikitərəfli səviyyədə, həm də digər qonşularla işləyərək regional məsuliyyətə, əməkdaşlığa və qarşılıqlı fəaliyyətə sadiqliyimizi təsdiq edəcəyik", - o deyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Hikmət_Hacıyev#itkin_düşmüş_şəxslər#I_Qarabağ_müharibəsi#Azərbaycan_və_Ermənistan#sülh_prosesi#Xankəndi#diplomatik_korpus#QHT_nümayəndələri

Oxşar Xəbərlər

Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - VİDEOSiyasət

Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - VİDEO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəki səfəri ilə bağlı paylaşım edib.

Bu gün
17:380
Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib - FOTOSiyasət

Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin fərdi yaradıcılıq sərgisinin açılış mərasimindən paylaşım edib.

Bu gün
17:360
Mehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEOSiyasət

Mehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışından video paylaşıb.

Bu gün
17:260
Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblərSiyasət

Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.

Bu gün
17:140