
Hindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir
Hindistanın ən böyük əczaçılıq şirkətlərindən biri olan "Sun Pharmaceutical Industries" ABŞ-nin "Organon" şirkətini satın almağa hazırlaşır.
Hindistanın ən böyük əczaçılıq şirkətlərindən biri olan "Sun Pharmaceutical Industries" ABŞ-nin "Organon" şirkətini satın almağa hazırlaşır.
Gundem.today xəbər verir ki, bu barədə tərəflərin birgə bəyanatında bildirilib.
Məlumata görə, "Sun Pharma" "Organon"un hər bir səhmi üçün nağd şəkildə 14 dollar ödəməyi planlaşdırır. Sövdələşmənin ümumi dəyərinin 11.75 milyard dollar olacağı qeyd edilir.
Təxminən 45 milyard dollar bazar kapitalizasiyasına malik olan "Sun Pharma" əsasən generik dərmanların istehsalı üzrə ixtisaslaşıb. "Organon" isə qadın sağlamlığı və ümumi tibbi sahədə 70-dən çox məhsul portfelinə sahibdir. Bu məhsullar 140 ölkədə satışdadır. Şirkətin bazar kapitalizasiyası 2.93 milyard dollar, 2025-ci ildə gəliri isə 6.2 milyard dollar təşkil edib.
Qeyd olunur ki, bu sövdələşmə əczaçılıq sənayesinin tarixində ən iri anlaşmalardan biri olacaq və Hindistan istehsalçısına qadın sağlamlığı sahəsində qlobal miqyasda aparıcı üçlükdə yer almağa imkan verəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİndoneziyada iki qatar toqquşub: Ölənlər və yaralananlar var
İndoneziyanın paytaxtı Cakartaya bitişik Bekasi şəhərində iki qatarın toqquşması nəticəsində azı dörd nəfər həlak olub, 38 nəfər yaralanıb.
Dünyaİndoneziyada iki qatar toqquşub: Ölənlər və yaralananlar var - VİDEO
İndoneziyanın paytaxtı Cakartaya bitişik Bekasi şəhərində iki qatarın toqquşması nəticəsində azı dörd nəfər həlak olub, 38 nəfər yaralanıb.
DünyaMelaniya Tramp əsəbiləşdi: Aparıcı onun haqqında zarafata görə cəzalana bilər
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ABC telekanalına müraciət edərək aparıcı Cimmi Kimmelə qarşı tədbir görülməsini tələb edib.
DünyaQazaxıstan Azərbaycan və Özbəkistanla yaşıl enerji üzrə sazişi ratifikasiya edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Özbəkistanla yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyası ilə bağlı qanunu imzalayıb.