
Hörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?
Vaşinqton və Tehran arasında atəşkəs əldə olunmasına rəğmən, Hörmüz boğazı neft tranziti üçün hələ də faktiki bağlı vəziyyətdədir.
Vaşinqton və Tehran arasında atəşkəs əldə olunmasına rəğmən, Hörmüz boğazı neft tranziti üçün hələ də faktiki bağlı vəziyyətdədir.
Gundem.today xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət neft şirkəti olan ADNOC-un baş direktoru Sultan bin Əhməd əl-Cabir məlumat verib.
"Boğazdan müəyyən şərtlər altında hərəkət etmək tam keçid sayılmır. Bu, fərqli formada olsa da, məhdudiyyətlərin davam etməsidir. Hörmüz hər hansı qeyd-şərt və məhdudiyyət tətbiq olunmadan, bütövlükdə açılmalıdır", - deyə şirkət rəhbəri özünün "LinkedIn" hesabında qeyd edib.
O, həmçinin vurğulayıb ki, hazırda şirkətə məxsus neftlə dolu 230-a yaxın tanker hərəkətə tam hazırdır. Dəniz daşımaları normal axarına qayıtdıqdan sonra ADNOC əsas diqqətini infrastrukturun yenidən qurulmasına və hasilat həcminin çoxaldılmasına yönəltməyi planlaşdırır.
Xatırladaq ki, 2026-cı il aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı irəli sürdüyü ultimatumun başa çatmasına saatlar qalmış rəsmi Vaşinqtonun iki həftə müddətinə atəşkəsi qəbul etdiyini açıqlayıb.
Ağ Ev rəhbəri "Truth Social" şəbəkəsində bildirib ki, bu qərar Pakistan hökumətinin xahişi və İranın Hörmüz boğazını bütövlükdə açması şərti müqabilində verilib. Trampın sözlərinə görə, Birləşmiş Ştatlara İrandan on bəndlik tələb daxil olub. Onun fikrincə, həmin şərtlər gələcək sülh müqaviləsi üçün baza rolunu oynaya bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNetanyahu Livanla birbaşa danışıqlara başlanmasını tapşırıb
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla "Hizbullah"ın tərksilah edilməsi və münaqişənin nizamlanması ilə bağlı birbaşa danışıqlara başlanması barədə göstəriş verib.
Dünyaİsrail hansı halda İrana əks-hücum edəcək? - Səfir şərtləri AÇIQLADI
"Düşünürəm ki, dünən ABŞ prezidentin, ABŞ vitse-prezidentin və Ağ Ev sözçüsünün xüsusi olaraq Livan faktoruna toxunduğunu gördük və eşitdik. Onlar açıq şəkildə bildirdilər ki, Livan atəşkəsin bir hissəsi deyil. Buna görə də, əsasən "Hizbullah"dan gələn təhdidlərə qarşı əməliyyatlarımızı davam etdiririk".
DünyaABŞ və İran atəşkəsin detallarını razılaşdırır
ABŞ administrasiyası və İran hakimiyyəti atəşkəs rejiminin parametrləri ilə bağlı mübahisəli məsələlərin həlli üzərində işləyir.
DünyaSemyon Slepakova qarşı cinayət işi açılıb
Rusiyalı komik Semyon Slepakova qarşı cinayət işi açılıb.