
Hörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib
ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə təzyiqi artıraraq Hörmüz boğazında təcili hərbi dəstək göstərilməsi tələbini irəli sürüb.
ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə təzyiqi artıraraq Hörmüz boğazında təcili hərbi dəstək göstərilməsi tələbini irəli sürüb.
Gundem.today xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtondan qayıdan NATO-nun baş katibi Mark Rütte Avropa liderlərinə bildirib ki, Donald Tramp Avropadan boğazda hərbi gəmilərin və digər qüvvələrin yerləşdirilməsi ilə bağlı konkret öhdəliklər gözləyir. Avropalı diplomatlar Ağ Evin bu yeni tələblərini ultimatum kimi qiymətləndiriblər. Bu təzyiqlər Trampın NATO üzrə müttəfiqlərinə hərbi dəstəyi dayandırmaqla bağlı hədələrinin davam etdiyi bir şəraitdə baş verir.
Qeyd edək ki, Tramp aprelin 8-nə keçən gecə İrana qarşı zərbələrin iki həftəlik dayandırılmasına razılıq verdiyini açıqlayıb. Bunun əsas şərti kimi Hörmüz boğazının tam açılması göstərilib. ABŞ-nin İrandan münaqişənin nizamlanması ilə bağlı 10 maddədən ibarət təkliflər paketi aldığı bildirilir. Ağ Ev rəhbəri vurğulayıb ki, əgər razılaşma əldə olunmazsa, hərbi əməliyyatların yenidən başlanması qaçılmaz olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAzərbaycanın vitse-konsulu Yekaterinburqda məhkum soydaşlarımızla görüşüb
Azərbaycanın vitse-konsulu Elnur Abdullayev Yekaterinburqdakı 10 saylı cəzaçəkmə müəssisəsində həmin müəssisədə cəza çəkən azərbaycanlılarla görüşüb.
DünyaMoskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Rusiyanın paytaxtı Moskvada 2027-ci il üçün müxtəlif məşğulluq sahələrində miqrantların icazə verilən payı müəyyənləşdirilib.
DünyaNetanyahu Livanla birbaşa danışıqlara başlanmasını tapşırıb
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla "Hizbullah"ın tərksilah edilməsi və münaqişənin nizamlanması ilə bağlı birbaşa danışıqlara başlanması barədə göstəriş verib.
Dünyaİsrail hansı halda İrana əks-hücum edəcək? - Səfir şərtləri AÇIQLADI
"Düşünürəm ki, dünən ABŞ prezidentin, ABŞ vitse-prezidentin və Ağ Ev sözçüsünün xüsusi olaraq Livan faktoruna toxunduğunu gördük və eşitdik. Onlar açıq şəkildə bildirdilər ki, Livan atəşkəsin bir hissəsi deyil. Buna görə də, əsasən "Hizbullah"dan gələn təhdidlərə qarşı əməliyyatlarımızı davam etdiririk".