
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Prezident İlham Əliyevin 24 aprel 2026-ci il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər - İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.
Prezident İlham Əliyevin 24 aprel 2026-ci il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər - İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.
Gundem.today xəbər verir ki, bu barədə Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2750 manat birdəfəlik maddi yardım ödənilib.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 1500 manat birdəfəlik maddi yardım ödənilib.
Sərəncam 13 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı olan, ümumilikdə 2 minə yaxın şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazilə Salmanova instituta direktor təyin edildi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən instituta yeni direktor təyin olunub.
CəmiyyətAQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi - FOTO - VİDEO
Mediada "Alp Delux" şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
CəmiyyətKinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.
CəmiyyətPaytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 08.05.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.