İKTA: "Bəzi operator və provayderlərin elektron informasiya sistemləri mövcud deyil"
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet və telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin abunəçilərlə operativ əks-əlaqə imkanları, şəxsi kabinet və informasiya sistemlərinin mövcudluğu ilə bağlı geniş təhlillər aparıb.

Gundem.today xəbər verir ki, bu barədə İKTA-nın məlumatında deyilir.
Təhlillər nəticəsində məlum olub ki, bəzi operator və provayderlərin elektron informasiya sistemləri mövcud deyil, informasiya ehtiyatlarında şəxsi kabinet yoxdur və ya funksional şəkildə fəaliyyət göstərmir.
"Operator və provayderlərin məlumatlandırma, operativ cavablandırma, xidmət keyfiyyətinin təmini və istehlakçı hüquqlarının qorunması üzrə vəzifələrin effektiv icrası baxımından belə mexanizmlər zəruridir. Qanunvericilikdə abunəçilərin xidmətlər barədə dolğun məlumat almaq, müraciətlərini rahat şəkildə təqdim etmək və qanunla müəyyənləşdirilmiş müddətdə cavab almaq hüququ nəzərdə tutulur. Telekommunikasiya sektorunda müasir xidmət modeli yalnız internet bağlantısının təqdim olunması ilə məhdudlaşmamalı, eyni zamanda istifadəçi ilə şəffaf, operativ və izlənilə bilən kommunikasiya mexanizmlərini də əhatə etməlidir", - məlumatda deyilir.
Bu məqsədlə operator və provayderlərə rəsmi internet informasiya ehtiyatlarının, şəxsi kabinet funksiyalarının və elektron müraciət sistemlərinin tam şəkildə təmin edilməsi tövsiyə olunur.
"İKTA bu istiqamətdə müvafiq tədbirləri davam etdirir. Növbəti mərhələdə istifadəçilərə şəffaf və operativ əlaqə mexanizmlərini təmin etməyən operator və provayderlər üzrə ictimaiyyəti daha geniş məlumatlandırma və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Agentlik internet təminatında çətinliklər yarandıqda istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə "mygov" platforması üzərindən İKTA-nın "İstifadəçilərin öz internet servis provayderlərindən və mobil operatorlarından onlayn şikayət etməsi xidməti"ndən ("E-Şikayət") yararlanmağı məsləhət görür".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İKT"Apple"dan fotoşəkillərin redaktəsi ilə bağlı YENİLİK
"Apple" şirkəti "Android" əməliyyat sistemli cihazlarla rəqabəti gücləndirmək məqsədilə "iPhone", "iPad" və "Mac" kompüterləri üçün süni intellekt (Sİ) texnologiyasına əsaslanan yeni foto redaktə imkanlarını istifadəyə verməyə hazırlaşır.
İKT"Apple"dən fotoşəkillərin redaktəsi ilə bağlı YENİLİK
"Apple" şirkəti "Android" əməliyyat sistemli cihazlarla rəqabəti gücləndirmək məqsədilə "iPhone", "iPad" və "Mac" kompüterləri üçün süni intellekt (Sİ) texnologiyasına əsaslanan yeni foto redaktə imkanlarını istifadəyə verməyə hazırlaşır.
İKTSaatlarla gözləyib, səhv sənəd almaq tarixə qovuşur - İT eksperti görüləcək tədbirləri sadaladı - FOTO
Son illər Azərbaycanda dövlət qurumlarının sürətli rəqəmsallaşması diqqət çəkir. 10-15 il əvvəl yüksək texnologiyalar sahəsində geridə sayılan ölkənin bu gün dövlət səviyyəsində rəqəmsallaşmanın nümunəsinə çevriləcəyini təsəvvür etmək çətin idi.
İKTBakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb - FOTO
İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.