
İran BMT-yə şikayət etdi: "Ərəb ölkələrinin ərazilərindən bizə qarşı istifadə olunur"
"İran hakimiyyəti bildirib ki, ABŞ bu ölkəyə qarşı hücumlar planlaşdırmaq, hazırlamaq və həyata keçirmək üçün Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının ərazi və hava məkanlarından istifadəni davam etdirir".
"İran hakimiyyəti bildirib ki, ABŞ bu ölkəyə qarşı hücumlar planlaşdırmaq, hazırlamaq və həyata keçirmək üçün Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının ərazi və hava məkanlarından istifadəni davam etdirir".
Gundem.today xəbər verir ki, bu, İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Əmir Səid İrəvaninin qurumun baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanlanmış məktublarında qeyd olunub.
BƏƏ-yə aid məktubda İran bu ölkəni münaqişədə bilavasitə iştirakda ittiham edib. İddia olunur ki, BƏƏ-nin "Mirage" və "F-16" qırıcıları, eləcə də "Akıncı" PUA-ları İranın hava məkanını pozaraq Hörmüz boğazında və bir neçə adada hədəflərə zərbələr endirib.
İran sözügedən dövlətləri qonşuluq prinsiplərinə riayət etməyə və öz ərazilərindən İslam Respublikasına qarşı yenidən istifadə olunmasına yol verməməyə çağırıb.
Qeyd olunur ki, belə pozuntuların nəticələrinə görə məsuliyyət həmin ölkələrin üzərinə düşəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünəşdə güclü partlayışlar qeydə alındı
Aprelin 23-də səhər Günəşdə M sinifli iki partlayış qeydə alınıb.
DünyaYaponiyada 200 mindən çox toyuq məhv edilir - SƏBƏB
Yaponiyanın Şimali Aomori prefekturasının hakimiyyəti regionda quş qripi epidemiyasının aşkarlanmasından sonra 230 min toyuğun məhv edilməsinə başlayıb.
DünyaABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi
ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
DünyaDanimarkada qatarlar TOQQUŞUB: Yaralılar var - FOTO
Danimarkada iki qatar toqquşub.