Son dəqiqə
Bakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEO"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEORonaldu zədədən sonra keçirdiyi ilk matçda dubl etdiƏfqanıstanda güclü zəlzələ: Ölənlər varTDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEONeftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İran böhranına qarşı ANKARA PLANI: Yeni logistika dəhlizləri neftin qiymətini necə dəyişəcək?
İran böhranına qarşı ANKARA PLANI: Yeni logistika dəhlizləri neftin qiymətini necə dəyişəcək?
Siyasət

İran böhranına qarşı ANKARA PLANI: Yeni logistika dəhlizləri neftin qiymətini necə dəyişəcək?

Bu gün
20:36
0 baxış
Paylaş:

İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Bildirilir ki, Ankara alternativ logistika marşrutlarının işə salınması üçün fəal addımlar atır ki, bu da xüsusilə böhran dövründə həm enerji istehsalçıları, həm də istehlakçılar üçün vacib həll yolu ola bilər. Qeyd olunur ki, Fars körfəzi bölgəsindən bir neçə enerji nəqli marşrutu nəzərdən keçirilir. Bunlara İraq və Suriya üzərindən quru yolu ilə çatdırılmalar, Süv

İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Bildirilir ki, Ankara alternativ logistika marşrutlarının işə salınması üçün fəal addımlar atır ki, bu da xüsusilə böhran dövründə həm enerji istehsalçıları, həm də istehlakçılar üçün vacib həll yolu ola bilər. Qeyd olunur ki, Fars körfəzi bölgəsindən bir neçə enerji nəqli marşrutu nəzərdən keçirilir. Bunlara İraq və Suriya üzərindən quru yolu ilə çatdırılmalar, Süveyş kanalı, Qırmızı dəniz, İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə birləşdirilmiş marşrut, eləcə də Oman limanından BƏƏ-yə və regionun digər ölkələrinə gedən marşrut daxildir.

Görəsən, sözügedən planın reallaşması nə dərəcədə realdır və bu, neftin qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı Gundem.today-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan hərbi-siyasi gərginlik fonunda enerji təhlükəsizliyi məsələsi yenidən qlobal gündəliyin əsas mövzularından birinə çevrilib.

O qeyd edib ki, dünyanın neft və mayeləşdirilmiş qaz ticarətinin 20%-dən çoxunun keçdiyi Hörmüz boğazının potensial risk zonası kimi qiymətləndirilməsi alternativ marşrutların aktuallaşmasını sürətləndirir:

"Məhz bu kontekstdə Türkiyənin təşəbbüsü ilə irəli sürülən və Fars körfəzi regionundan yan keçən beş alternativ enerji nəqli marşrutu həm regional, həm də qlobal miqyasda ciddi strateji əhəmiyyət kəsb edir. Türkiyənin irəli sürdüyü marşrutlar - yəni İraq və Suriya üzərindən quru nəqli, Süveyş kanalı, Qırmızı dəniz xətti, İordaniya və Səudiyyə Ərəbistanı üzərindən inteqrasiya olunmuş logistika sistemi, eləcə də Oman-BƏƏ istiqaməti nəzəri baxımdan mümkün görünsə də, onların praktiki reallaşması bir sıra mürəkkəb geosiyasi və texniki amillərlə bağlıdır. İlk növbədə, İraq və xüsusilə Suriya üzərindən keçən marşrutlar təhlükəsizlik baxımından ən riskli variantlar sırasındadır. Suriyada tam bərpa olunmamış sabitlik və infrastrukturun məhdudluğu bu xəttin qısa müddətdə effektiv işləməsini çətinləşdirir. İraq istiqaməti isə nisbətən daha realdır, lakin burada da daxili siyasi qeyri-sabitlik və infrastruktur problemləri ciddi maneələr yaradır".

Deputat vurğulayıb ki, Süveyş kanalı və Qırmızı dəniz üzərindən keçən marşrutlar artıq mövcud beynəlxalq ticarət yollarına inteqrasiya olunduğuna görə daha real və praktik hesab olunur:

"Lakin bu istiqamətlər də Yəmən böhranı və husilərin hücumları səbəbindən təhlükəsizlik riskləri ilə üzləşir. Bu isə alternativ kimi nəzərdə tutulan marşrutların özü üçün əlavə risklər yaradır. İordaniya və Səudiyyə Ərəbistanı üzərindən qurulacaq inteqrasiya olunmuş enerji dəhlizi daha stabil siyasi mühitə əsaslandığı üçün perspektivli görünür. Bu xəttin inkişafı üçün əsas şərt region ölkələri arasında yüksəksəviyyəli siyasi koordinasiya və irihəcmli investisiyaların cəlb edilməsidir. Oman limanından BƏƏ-yə və digər region ölkələrinə yönələn marşrut isə daha çox regional daşımalar üçün effektiv ola bilər və qlobal miqyasda Hörmüzün alternativi kimi tam funksional rol oynamaq potensialı məhduddur. Ümid Burnu marşrutu isə texniki baxımdan tam mümkün olsa da, məsafənin uzanması səbəbindən iqtisadi cəhətdən səmərəsiz hesab olunur və yalnız fövqəladə hallarda istifadə edilə biləcək ehtiyat variant kimi qiymətləndirilir. Türkiyənin bu təşəbbüsü təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm mesajdır".

E.Mirzəbəyli vurğulayıb ki, Ankara özünü enerji tranzit mərkəzi kimi möhkəmləndirmək və Avropa ilə Asiya arasında strateji körpü rolunu gücləndirmək niyyətindədir:

"Bu isə Türkiyənin regional güc statusunu artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində alternativ aktor kimi rolunu genişləndirə bilər. Bununla yanaşı, bu marşrutların reallaşması İranın regional təsir imkanlarını qismən zəiflədə və Hörmüz boğazı üzərindən geosiyasi təsir alətinin effektivliyini azalda bilər. Bu isə regionda yeni güc balansının formalaşmasına səbəb ola bilər. Əgər alternativ marşrutlar qismən də olsa reallaşarsa, bu, ilk növbədə qlobal enerji bazarında risklərin diversifikasiyasına gətirib çıxarar. Hazırda neft qiymətlərinə ciddi təsir edən əsas amillərdən biri təchizatın coğrafi cəhətdən məhdud marşrutlara bağlı olmasıdır. Hörmüz boğazında yaranan istənilən gərginlik dərhal qiymətlərin artmasına səbəb oldu. Bu, hazırda davam edən müharibənin nəticəsindən asılı olmayaraq, gələcəkdə də özünü büruzə verə bilər. Alternativ marşrutların işə düşməsi isə bazarda psixoloji sabitlik yaradaraq qiymətlərin kəskin sıçrayışlarının qarşısını ala bilər. Bu, xüsusilə böhran dövrlərində qiymət sıçramalarını azalda və enerji bazarını daha proqnozlaşdırılan edə bilər".

Onun sözlərinə görə, burada mühüm bir məqam da nəzərə alınmalıdır:

"Alternativ marşrutların əksəriyyəti daha uzun məsafə və daha yüksək logistika xərcləri tələb edir. Bu isə daşınma xərclərinin artmasına və nəticə etibarilə neftin son qiymətinə müəyyən qədər təzyiq göstərməsinə səbəb ola bilər. Yəni qısamüddətli perspektivdə qiymət

#Siyasət#Hörmüz_boğazı#Türkiyə#alternativ_enerji_marşrutları#neftin_qiyməti#İran_böhranı#Yaxın_Şərq#qlobal_enerji_bazarı#logistika_xətləri#Fars_körfəzi#iqtisadiyyat#enerji_təhlükəsizliyi#Süveyş_kanalı.

Oxşar Xəbərlər

Pezeşkian İlham Əliyevə təşəkkür etdiSiyasət

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu gün
22:180
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcəkSiyasət

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.

Bu gün
22:120
Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEOSiyasət

Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO

Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.

Bu gün
21:120
Hörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEOSiyasət

Hörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO

"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".

Bu gün
20:420