
İran Dəməşqdəki hotelləri və prezident sarayını vurmaqla hədələdi
İran silahlı qüvvələri Suriyanın paytaxtı Dəməşqdə yerləşən prezident sarayını hədəfə ala bilər.
İran silahlı qüvvələri Suriyanın paytaxtı Dəməşqdə yerləşən prezident sarayını hədəfə ala bilər.
Gundem.today xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Tehran rəhbərliyi Dəməşqdəki "Four Seasons" və "Sheraton" mehmanxanalarını, həmçinin prezident sarayı ərazisini ehtimal olunan hədəflər siyahısına daxil edib. Buna səbəb kimi qeyd edilən obyektlərin İsrail, ABŞ və Böyük Britaniya məsləhətçilərinin məskunlaşma yerləri olması göstərilir.
İran tərəfi regiondakı otel idarəçilərinə xəbərdarlıq edib ki, əcnəbi hərbçilərin qaldığı istənilən obyekt legitim hədəf kimi qəbul olunacaq. Eyni zamanda, mənbənin bildirdiyinə görə, İran hərbçiləri ABŞ-nin logistika mərkəzi kimi istifadə etdiyi Livandakı köhnə Beyrut hava limanına da hücum ehtimalını istisna etmir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp Uittkoff və Kuşnerin Pakistana səfərini ləğv etdi
Donald Tramp xüsusi nümayəndəsi Stiv Uittkoff və sahibkar Cared Kuşnerin Pakistana planlaşdırılan səfərini ləğv edib.
DünyaMalidə hərbi obyektlərə hücumlarda radikal qruplaşma iştirak edibmiş
Malidə bir neçə bölgədə hərbi obyektlərə təşkil olunan hücumlarda "Cəmaat Nusrat əl-İslam vəl-Müslimin" radikal qruplaşmasının döyüşçüləri iştirak ediblər.
DünyaABŞ Hərbi Dəniz Qüvvələri İranın neft tankerini ələ keçirdi
ABŞ-nin "USS Rafael-Peralta" idarəolunan raket esminesi Fars körfəzində lövbər salmağa çalışan, İran bayrağı altında üzən bir gəmini ələ keçirib.
DünyaABŞ vətəndaşlarının Meksikada ölümləri ilə bağlı rəsmi açıqlama
Meksika hökuməti ölkənin şimalındakı Çiuaua ştatında həlak olan iki ABŞ vətəndaşının yerli əməliyyatlarda iştirak üçün rəsmi icazəsinin olmadığını açıqlayıb.