
İran ətrafında münaqişə Şakiraya da təsir göstərdi
Latın amerikalı müğənni Şakiranın Qətərdə keçirilməsi planlaşdırılan ilk konserti regiondakı münaqişə səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Latın amerikalı müğənni Şakiranın Qətərdə keçirilməsi planlaşdırılan ilk konserti regiondakı münaqişə səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Gundem.today bu barədə "The Peninsula Qatar" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, mövcud regional vəziyyətlə əlaqədar olaraq, Şakiranın "Las Mujeres Ya No Lloran" ("Qadınlar daha ağlamır") dünya turnesi çərçivəsində Dohadakı "Stadium 974"də baş tutmalı olan konserti təxirə salınıb.
Konsertin təşkilatçısı olan "Platinumlist" şirkətinin məlumatına görə, hazırda tədbirin yeni tarixinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Şakira Dohada məhz bu turne çərçivəsində çıxış etməyi planlaşdırırdı. Biletlərin qiyməti 25 dollardan başlayırdı və onlar sürətlə tükənmişdi. Təşkilatçılar həmçinin bildiriblər ki, şou üçün bilet satışı davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesNüsretin qardaşı Özgür Gökçe həbs edildi
Türkiyədə məşhur ət restoranının sahibi Nüsretin qardaşı Özgür Gökçe həbs edilib.
Şou-biznesTürkiyəli məşhur aşpaz Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum oldu
Türkiyənin narkotik əməliyyatı çərçivəsində barəsində saxlanılma qərarı çıxan məşhur aşpaz, "MasterChef" müsabiqəsinin münsifi Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum olub.
Şou-biznesƏslən Bakıdan olan məşhur aktyor vəfat etdi
Rusiyanın Əməkdar artisti, rejissor və aktyor Lev Şimelov 97 yaşında vəfat edib.
Şou-biznes"Spotify"də ən çox kimə və hansı mahnılara qulaq asılıb? - REYTİNQ
"Spotify" musiqi platforması özünün 20 illik yubileyi şərəfinə servis tarixində ən çox dinlənilən artistlərin, mahnıların, albomların və podkastların siyahısını dərc edib. Hazırda tətbiqin dünyada təxminən 290 milyon abunəçisi var.