
İran Hörmüz boğazından tranzit keçid üçün gəmilərdən ödəniş toplamağa başlayıb
İran hakimiyyəti Hörmüz boğazından tranzit keçid üçün gəmi heyətlərindən ödəniş toplamağa başlayıb.
İran hakimiyyəti Hörmüz boğazından tranzit keçid üçün gəmi heyətlərindən ödəniş toplamağa başlayıb.
Gundem.today bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir.
"Mövzu ilə tanış olan şəxslərin sözlərinə görə, hər gəmi üçün iki milyon dollar məbləğində ödəniş konkret hallardan asılı olaraq tələb olunur ki, bu da mahiyyət etibarilə dəniz yolundan istifadəyə görə qeyri-rəsmi rüsum hesab oluna bilər", - deyə məlumatda vurğulanır.
Mənbələr qeyd ediblər ki, bəzi gəmilər artıq ödəniş edib. Lakin ödəniş mexanizmi, o cümlədən hansı valyutada həyata keçirildiyi hələlik məlum deyil. İran Xarici İşlər Nazirliyi isə bu məlumatı şərh etməkdən imtina edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniya kansleri: "İran amerikalıları alçaldır"
Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, Birləşmiş Ştatlar İran tərəfindən alçaldıcı vəziyyətə salınıb, çünki Vaşinqtonun hərbi kampaniyanı necə başa çatdıracağı ilə bağlı aydın təsəvvürü yoxdur.
DünyaStarmer fövqəladə toplantı çağırdı
Böyük Britaniyanın Baş naziri Kir Starmer İran münaqişəsinin təsirlərini müzakirə etmək məqsədilə fövqəladə hallar komitəsinin iclasına rəhbərlik edəcək.
DünyaPezeşkian tarixi qərar verdi
İran Prezidenti Məsud Pezeşkian podratçı şirkətlərin mərhələli şəkildə ləğv edilməsi ilə bağlı əmr imzalayıb.
DünyaRusiyadan avropalı məmurlarla bağlı qadağa
Rusiya Ukrayna Silahlı Qüvvələrinə kömək edən avropalı məmurların və Avropa İttifaqı (Aİ) ölkələri nümayəndələrinin ölkəyə girişini qadağan edib.