
İran XİN: "ABŞ ilə danışıqlarda iki-üç mühüm mövzuda fikirlər ayrılıb"
"İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki-üç mühüm mövzuda fikirlər ayrılıb".
"İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki-üç mühüm mövzuda fikirlər ayrılıb".
Gundem.today "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunub, lakin 2-3 vacib məsələ üzrə fikirlər ayrılıb və nəticədə danışıqlar razılaşmaya gətirib çıxarmayıb. Bu danışıqlarda Hörmüz boğazı mövzusu kimi bəzi yeni mövzular da əlavə olunub və onların hər birinin öz mürəkkəbliyi var", - deyə o qeyd edib.
Bəqainin sözlərinə görə, danışıqlar etimadsızlıq və şübhə ab-havasında keçib.
"Təbii ki, əvvəldən bir sessiyada razılaşma əldə olunacağını gözləmək olmazdı. Heç kim belə bir şey gözləmirdi. Danışıqların bu raundu bu il ərzində ən uzun olub və ümumilikdə 24 və ya 25 saat davam edib", - deyə o vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNATO Finlandiyada Rusiya ilə müharibəyə hazırlaşır? - Moskva və Helsinkidən sərt xəbərdarlıqlar
Rusiyanın Helsinkidəki (Finlandiya) diplomatik nümayəndəliyinin rəhbəri Pavel Kuznetsov Şimali Atlantika Alyansının (NATO) Finlandiya ərazisində Rusiya Federasiyası ilə ehtimal olunan toqquşmaya hazırlıq gördüyünü bəyan edib.
DünyaCENTCOM rəhbərinin Yaxın Şərq səfəri: Hansı məsələlər müzakirə olunub?
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper son 15 gün ərzində Yaxın Şərq regionunda altı ölkəyə səfər edərək, yerli hərbi rəhbərliklərlə İrana qarşı müqavimət strategiyasını müzakirə edib.
DünyaLondonda sinaqoqu yandırmağa cəhd edən iki nəfər saxlanılıb
Böyük Britaniya hüquq-mühafizə orqanları Londonun şimalındakı Finçli bölgəsində yerləşən sinaqoqu yandırmağa cəhd göstərməkdə şübhəli bilinən iki nəfəri həbs edib.
Dünyaİslamabadda ABŞ və İran arasında növbəti dialoqa hazırlıq görülür
Pakistan hakimiyyəti İran və ABŞ arasında danışıqların ikinci raundunun keçirilməsi üçün hazırlığa başlayıb.