
İran XİN: "ABŞ Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir"
"Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir".
"Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir".
Oxu. Az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə BBC-yə müsahibəsində İsrailin Livana endirdiyi zərbələr barədə danışarkən bildirib.
"Eyni vaxtda həm sülhə, həm də müharibəyə sahib ola bilməzsiniz. Bunlar bir-birini təkzib edir və bu, tamamilə aydındır", - deyə diplomat bildirib. Xətibzadə əlavə edib ki, müvafiq mesaj ötən gecə Vaşinqtona göndərilib:
"Siz atəşkəs tələb edib, onun şərtlərini və şamil olunduğu əraziləri qəbul edərək orada Livanın adını çəkə, daha sonra isə qırğına başlaya bilməzsiniz".
Xatırladaq ki, aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. ABŞ prezidenti "Truth Social" şəbəkəsində yazıb ki, o, Pakistan rəhbərliyinin xahişi ilə, həmçinin Tehranın Hörmüz boğazını tamamilə açması şərti ilə atəşkəsə razı olub. Tramp əlavə edib ki, ABŞ İrandan on tələb alıb və respublikaçının sözlərinə görə, bu tələblər sülh sazişinin əsasını təşkil edə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTO
İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ixracat 469 milyon bareldən (fevral) 263 milyon (mart) barelə düşüb, yəni ixracatda 206 milyon barel və ya 44 faiz azalma müşahidə olunub.
DünyaMacarıstan NATO-dan çıxır?
Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib.
DünyaABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin SAYI AÇIQLANDI
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.
DünyaŞamil Ayrım: "Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesin içində yer almır"
"Regional məsələlər bölgə ölkələrinin iradəsi ilə həll edilməlidir. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında sülhə yönələn müzakirələri yaxından izləyirik".