Son dəqiqə
Bakı metrosunda qrafiklə bağlı YENİ QƏRAR"Qalatasaray" - "Fənərbağça" derbisindən əvvəl Dursun Özbəkdən RADİKAL QƏRAR - FOTOSEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsinin görüntüləri yayıldı - VİDEOİsmayıllıda lotereyada 100 000 manat udulduABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTOİran Hörmüzdən qazanc əldə etməyə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İran XİN: "Diplomatiyadan yalnız real şərtlər əsasında istifadə olunacaq"
İran XİN: "Diplomatiyadan yalnız real şərtlər əsasında istifadə olunacaq"
Dünya

İran XİN: "Diplomatiyadan yalnız real şərtlər əsasında istifadə olunacaq"

Bu gün
15:04
0 baxış
Paylaş:

"İran münaqişəni başladan tərəf olmayıb".

"İran münaqişəni başladan tərəf olmayıb".

Gundem.today xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlamasında danışıb.

"İran bu məcburi müharibənin təşəbbüskarı olmayıb və Tehranın bütün addımları ABŞ, eləcə də İsrail rejiminin hərbi təcavüzünə qarşı təbii özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib. Buna müvafiq olaraq, İran hərbi və siyasi cəbhələrdəki prosesləri diqqətlə izləyərək təhlükəsizliyinin və milli maraqlarının müdafiəsi üçün lazımi addımları atacaq. Silahlı qüvvələr isə ölkəni hər cür təcavüz və təhdiddən qətiyyətlə, hərtərəfli şəkildə qorumağa tam hazır olacaq", - deyə İ.Bəqai vurğulayıb.

Hərbi cinayətlərin və dəyən zərərin araşdırılması məsələsinə toxunan sözçü bildirib ki, İran təcavüzkarların məsuliyyətə cəlb edilməsi və ziyanın ödənilməsi məqsədilə bütün imkanlardan istifadə edir. Birləşmiş Ştatlarla danışıqlar məsələsinə gəldikdə isə, XİN rəsmisi əlavə edib ki, diplomatiya milli təhlükəsizliyin və maraqların təmin olunması vasitəsidir.

"İran yalnız düşmənlərə qarşı mübarizədə xalqın nailiyyətlərini möhkəmləndirmək və milli maraqları müdafiə etmək üçün məntiqi, real şərtlər yarandıqda bu vasitəyə müraciət edəcək", - deyə o bildirib.

Bəqai açıqlamasında, həmçinin bölgədə sülhün bərqərar olması və tətbiq edilən müharibənin dayandırılması istiqamətindəki vasitəçilik addımlarına görə Pakistana minnətdarlığını da qeyd edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Pakistan#ABŞ#İsrail#İsmayıl_Bəqayi#İran_XİN#münaqişə#diplomatiya#özünümüdafiə#Yaxın_Şərq#vasitəçilik#hərbi_təcavüz

Oxşar Xəbərlər

SEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsinin görüntüləri yayıldı - VİDEODünya

SEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsinin görüntüləri yayıldı - VİDEO

İran hərbçilərinin Hörmüz boğazında iki konteyner gəmisini ələ keçirməsinin görüntüləri yayılıb.

Bu gün
15:080
ABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTODünya

ABŞ-də kosmik sahədə çalışan daha bir mütəxəssisin cəsədi tapıldı: MÜƏMMALI ÖLÜM - FOTO

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) nüvə mühəndisi Coşua Leblanın cəsədi Alabama ştatında itkin düşməsindən təxminən bir il sonra yanmış "Tesla" avtomobilində tapılıb.

Bu gün
15:000
İran Hörmüzdən qazanc əldə etməyə başladıDünya

İran Hörmüzdən qazanc əldə etməyə başladı

İran rəhbərliyi tarixində ilk dəfə Hörmüz boğazından hərəkət edən gəmilərə tətbiq olunan rüsumlar vasitəsilə qazanc təmin edib.

Bu gün
14:520
ABŞ kəşfiyyat təyyarəsi Qara dənizdə yenidən göründü - Nə baş verir?Dünya

ABŞ kəşfiyyat təyyarəsi Qara dənizdə yenidən göründü - Nə baş verir?

Amerika Birləşmiş Ştatlarına məxsus kəşfiyyat təyyarəsi altı gün sonra yenidən Qara dəniz səmasında müşahidə edilib.

Bu gün
14:280