
İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar: Çağırış yaşı endirildi
İranda hərbi xidmət qaydalarında dəyişiklik edilib: çağırış üçün minimum yaş həddi 12-yə endirilib.
İranda hərbi xidmət qaydalarında dəyişiklik edilib: çağırış üçün minimum yaş həddi 12-yə endirilib.
Gundem.today "Al Arabiya"ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər müavini açıqlayıb.
Bildirilib ki, 12-13 yaşlı yeniyetmələr könüllü əsasda silahlı qüvvələrə qoşulmağa çağırılıb.
Məlumata görə, 12 yaşdan yuxarı uşaqlar kəşfiyyat fəaliyyətlərində iştirak, operativ patrul xidmətində yer alma, "Bəsic" nəzarət-keçid məntəqələrində xidmət, hərbçilər üçün yemək hazırlanması, yaralı əsgərlərə qulluq və digər köməkçi işlərə cəlb olunacaqlar.
Qeyd olunur ki, məktəblilərin cəlb edilməsi proqramı "İranlılar üçün" adlanır.
Telekanal vurğulayır ki, bu qərar İranın uşaqların hərbi əməliyyatlarda istifadəsini qadağan edən beynəlxalq öhdəliklərinə ziddir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp aparıcı neft-qaz şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirdi
ABŞ Prezidenti Donald Tramp İran böhranının enerji bazarlarına mümkün təsirlərini və nəticələrini qiymətləndirmək məqsədilə Ağ Evdə qabaqcıl neft-qaz korporasiyalarının rəhbərlərini qəbul edib.
DünyaFransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı
Fransa Xarici İşlər Nazirliyi (XİN) Malidə olan vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.
DünyaMoskvada qar örtüyünün hündürlüyü üzrə 90 illik rekord yeniləndi
Rusiya paytaxtı Moskvada aprelin 29-da qar örtüyünün hündürlüyü 7 sm-ə çatıb ki, bu da son 90 il ərzində yeni gündəlik rekorddur.
DünyaTailandda nadir tısbağaları sərhəddən keçirməyə cəhd edən qadın saxlanıldı - FOTO
Tailandın Suvarnabhumi beynəlxalq hava limanında üzərində dövlət tərəfindən qorunan 30 ədəd ulduzlu tısbağa tapılan 19 yaşlı Tayvan vətəndaşı saxlanılıb.